Rusiya Prezidenti Vladimir Putin Sovet İttifaqını bərpa etməyə çalışmır, çünki bu, geosiyasi cəhətdən mümkün deyil.
Fact-info.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov NATO ölkələrinin hərbiləşdirilməsini Rusiya Prezidentinin guya SSRİ-ni dirçəltmək niyyəti ilə əlaqələndirən Almaniya Kansleri Fridrix Mertsin açıqlamalarını şərh edərək bildirib.
Peskov qeyd edib ki, bu cür iddialar həqiqətə uyğun deyil və Vladimir Putin Sovet İttifaqının bərpasının mümkün olmadığını dəfələrlə bildirib. Mətbuat katibinin sözlərinə görə, bu cür açıqlamalar Rusiyanın MDB və inteqrasiya birliklərindəki tərəfdaşlarına və müttəfiqlərinə qarşı hörmətsizlik nümayiş etdirir.
Kreml sözçüsü, həmçinin Mertsin Rusiyanın NATO-ya hücum hazırladığı tezislərini təkzib edərək, bu cür ittihamların əsassız olduğunu vurğulayıb.
Baxış sayı: 60
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
