Azərbaycanlı alim Ramazan Qafarlının “Tarixi dərdlərimiz mifoloji-folklor irsimizdə, Nizami, Füzuli, Nəsimi, Səməd, Bəxtiyar və Şəhriyar poeziyasında – semiotik-sinergetik təhlil” adlı monoqrafiyası nəşr olunub. Əsər Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr edilib.
Fact-info.az xəbər verir ki, monoqrafiyanın mərkəzində Ramazan Qafarlının orijinal fəlsəfi-metaforik ideyası – “Ağrıya salam” konsepsiyası dayanır. Bu ideya ağrının xaosdan şairin yaratdığı kosmik nizama keçidi, söz vasitəsilə tərbiyəsi və mənalandırılması deməkdir. Monoqrafiya ədəbiyyatşünaslıqda yeni metodoloji xətt açır və milli poeziyanın fəlsəfi ölçüsünü daha da dərinləşdirir.
Əsər şairin öz arzusunun – “Azərbaycanın tarixi dərdlərinin elmi təhlili” fikrinin həyata keçirilməsi kimi formalaşıb. Bəxtiyar Vahabzadənin bu mövzunun dərindən işlənməsi, dərdlərin poetik arxetipinin aşkar edilməsi və milli yaddaşa yeni fəlsəfi baxışın təqdim edilməsi kimi müəllifə verdiyi mənəvi tapşırıq monoqrafiyanın əsasını təşkil edir.
Eyni zamanda, monoqrafiya yalnız elmi tədqiqat deyil, həm də böyük şairə ehtiram nümunəsi, onun düşüncə dünyasına poetik-fəlsəfi cavabdır. Kitab Bəxtiyar Vahabzadənin 100 illiyinə hədiyyə olmaqla yanaşı, şairin ömrü boyu arzuladığı vahid Azərbaycan idealının, milli dərd fəlsəfəsinin və poeziyanın harmoniyalaşdırıcı gücünün elmi təsdiqidir. Bütün bunlar şairin həyatı boyu arzusu olub.
Baxış sayı: 145
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
