FACT-INFO.AZ » İQTİSADİYYAT » Naxçıvanda “Yaşıl enerji zonaları: konseptual yanaşmalar, ilkin nəticələr və çağırışlar” mövzusunda tədbir keçirilib
9-12-2025, 08:00 | İQTİSADİYYAT
Naxçıvanda “Yaşıl enerji zonaları: konseptual yanaşmalar, ilkin nəticələr və çağırışlar” mövzusunda tədbir keçirilib

Dekabrın 8-də Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Azərbaycan İnnovasiyalar Mərkəzində “Yaşıl enerji zonaları: konseptual yanaşmalar, ilkin nəticələr və çağırışlar” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli “Yaşıl enerji zonaları” mövzusunun Azərbaycanın uzunmüddətli inkişaf gündəliyində xüsusi yer tutduğunu diqqətə çatdıraraq vurğulayıb ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində görülən işlər bu istiqamətdə yeni mərhələ açır. Dövlət Proqramında bərpaolunan enerji mənbələrinin inkişafı və “Yaşıl enerji zonası”nın yaradılması regionun strateji inkişaf istiqamətlərindən biri kimi müəyyən edilib. Proqramda Naxçıvanın Günəş və külək enerjisi potensialından səmərəli istifadənin genişləndirilməsi, enerji istehsalında bərpaolunan mənbələrin payının artırılması, enerji təminatının dayanıqlılığının və müstəqilliyinin gücləndirilməsi əsas məqsədlər sırasında yer alır. Eyni zamanda, Dövlət Proqramında yaşıl enerji layihələrinin regionun sənaye, kənd təsərrüfatı, nəqliyyat və sosial infrastrukturunun inkişafı ilə uzlaşdırılması, eləcə də ekoloji tarazlığın qorunması prioritet vəzifə kimi ortaya qoyulub ki, bu da Naxçıvanın uzunmüddətli və inklüziv inkişaf modelinin formalaşmasına xidmət edir.

Səlahiyyətli nümayəndənin müavini qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında irimiqyaslı bərpaolunan enerji layihələrinin həyata keçirilməsi məqsədilə dünyanın aparıcı yaşıl enerji sahəsində fəaliyyət göstərən şirkətlərilə tərəfdaşlıq müqavilələri bağlanılıb.

Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev ölkəmizdə müəyyənləşdirilən enerji strategiyasının hədəfində 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin payının gücünü 30 faizə çatdırmaq olduğunu bildirib.

Qeyd edib ki, strategiyanın tərkib hissəsi olaraq Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvan Muxtar Respublikasında da “Yaşıl enerji zonası”nın yaradılması, bərpaolunan enerji mənbələrindən daha səmərəli istifadə, istehsal edilən enerjinin ixracı istiqamətində mühüm addımlar atılacaq.

Naxçıvanın çox böyük Günəş enerjisi potensialı olduğunu vurğulayan Cavid Abdullayev bildirib ki, Naxçıvanda bərpaolunan enerjiyə dair ərazilər aidiyyəti üzrə müəyyən olunub və torpaqayırma prosesləri gedir. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 688 hektar torpaq sahəsi Naxçıvanda bərpaolunan enerji mənbələri ərazisi kimi müəyyən olunub və gələn il, ümumilikdə, 50 meqavat gücündə iki stansiyanın inşası nəzərdə tutulur.

Sonra Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin nümayəndəsi Emil Kərimzadə “Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası konsepsiyası” mövzusunda məruzə edib, Naxçıvanın “yaşıl enerji zonası”na çevrilməsi, muxtar respublikada yeni elektrik stansiyalarının inşası və enerji ixracı layihələrinin icrası ilə bağlı görüləcək işləri diqqətə çatdırıb.

Tədbirin davamında “Yaşıl enerji zonası konsepsiyası Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı kontekstində” və “İnfrastruktur layihələr “Yaşıl enerji zonası”nın tərkib hissəsi kimi” iki panel müzakirəsi aparılıb.

Tədbir sabah “Yaşıl enerji zonası və regional enerji dəhlizləri” və “Yaşıl enerji sahəsində investisiya layihələri” mövzularında panel müzakirələri ilə işini davam etdirəcək. (Azərtac)




Baxış sayı: 85
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30