FACT-INFO.AZ » XƏBƏR » Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər
8-12-2025, 08:00 | XƏBƏR
Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Banqladeş Xalq Respublikasına səfər çərçivəsində dekabrın 6-da paytaxt Dəkkə şəhərində yerləşən valideyn himayəsindən məhrum olmuş və kimsəsiz qız uşaqları üçün müəssisəni ziyarət ediblər.

Fact-info.az xəbər verir ki, “Shorkari Shishu Poribar” (Dövlət Uşaq Evi) adını daşıyan bu müəssisənin rəhbərliyi və müəllim-tərbiyəçi heyəti qonaqlara qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, Banqladeş Sosial Xidmətlər İdarəsinin nəzdində fəaliyyət göstərən və müxtəlif mənbələrdən könüllü ianələr hesabına maliyyələşən müəssisədə 130-dan çox uşaq daimi əsasda yaşayır. Onlara təhsillə yanaşı, gələcək həyata hazır olmaları üçün peşə təlimləri keçirilir və iş bacarıqları öyrədilir.

Sonra Leyla Əliyeva və Arzu Əliyeva uşaq evinin şəraiti və ehtiyacları, o cümlədən yataqxanası və tədris otaqlarının vəziyyəti ilə tanış olub, müəllim heyəti və uşaqlarla səmimi söhbət ediblər. Onlara Azərbaycan dövlətinin qlobal səviyyədə daim rəhbər tutduğu humanizm prinsipindən çıxış edərək Heydər Əliyev Fondu vasitəsilə müxtəlif ölkələrdə sosial layihələr həyata keçirdiyi barədə məlumat verilib, müəssisə ilə yardım proqramının icrası məsələsi müzakirə olunub.

Sonda uşaq evinin şagirdləri Azərbaycandan gələn qonaqlar qarşısında Banqladeş xalq mahnılarından və rəqslərindən ibarət proqramla çıxış ediblər.




Baxış sayı: 95
Göyçə aşıq məktəbinin istedadlı davamçısı: Aşıq Rəfiqə Göyçəli Dünən, 20:30 Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər Dünən, 17:30 Ermənistanın konstitusiya riskləri Dünən, 17:00 Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır Dünən, 16:30 “İpək irsimiz – Kəlağayı”: Azərbaycan Kəlağayısı Gününə həsr olunan tədbir Dünən, 16:00 Uzbekistan to welcome Azerbaijan Culture Days once again Dünən, 14:30 Ukraynanın F-16 təyyarələrinin texniki xidmət xərclərini Avropa ölkələri ödəyəcək Dünən, 13:00 Bu gün Azərbaycan Kəlağayısı Günüdür Dünən, 11:00 Pərviz Şahbazov: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq Dünən, 11:00 Kəlbəcərdə sərgilər təşkil olunub Dünən, 10:00 Azərbaycan-Özbəkistan əməkdaşlığında təmiz enerjiyə keçid xüsusi əhəmiyyət daşıyır 25-11-2026, 21:00 Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ 25-11-2026, 18:30 Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations 25-11-2026, 17:30 Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib 25-11-2026, 17:30 Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir 25-11-2026, 13:30 Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub 25-11-2026, 11:30 İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub 25-11-2026, 10:00 Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür 25-11-2026, 09:30 Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub 25-11-2026, 08:30 Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir" 25-11-2026, 08:00 Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır 24-11-2026, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir 24-11-2026, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək 24-11-2026, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” 24-11-2026, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil 24-11-2026, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib 24-11-2026, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib 24-11-2026, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib 24-11-2026, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik 24-11-2026, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM 24-11-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30