FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Özbəkistanda Bəxtiyar Vahabzadənin özbək dilində nəşr olunan kitabının təqdimatı keçirilib
7-12-2025, 10:30 | MƏDƏNİYYƏT
Özbəkistanda Bəxtiyar Vahabzadənin özbək dilində nəşr olunan kitabının təqdimatı keçirilib

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi olan “Azərbaycan sənət və ədəbiyyat günləri” proqramı çərçivəsində Fərqanə Dövlət Universitetində Azərbaycanın Xalq şairi, dramaturq, ədəbiyyatşünas alim və ictimai xadim Bəxtiyar Vahabzadənin “Jonimga jo – Ozarbayjonim” (“Canıma yaxın – Azərbaycanım”) kitabının təqdimatı olub.

Nəşr Bəxtiyar Vahabzadənin poeziyasını yeni oxucu auditoriyasına təqdim etməklə yanaşı, Azərbaycan və Özbəkistan xalqları arasında mənəvi yaxınlaşmaya töhfə verən mühüm ədəbi hadisə kimi qiymətləndirilib.

Tədbirdə çıxış edən Fərqanə Dövlət Universitetinin birinci prorektoru, filologiya elmləri doktoru, dosent Zakir Rəhimov qeyd edib ki, Azərbaycan və Özbəkistan arasında elmi-ədəbi əməkdaşlıq son illərdə daha da fəallaşıb. O bildirib ki, Bəxtiyar Vahabzadə kimi ədəbiyyat korifeylərinin irsi iki xalqın mənəvi yaddaşını yaxınlaşdıran mühüm mənbələrdəndir. Prorektor kitabın təqdimatını həm ədəbi mühit, həm də tələbə auditoriyası üçün yeni imkanlar açan əhəmiyyətli mədəni hadisə kimi dəyərləndirib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli bildirib ki, mədəni sahədə həyata keçirilən təşəbbüslər yalnız dövlətlərarası münasibətlərin ideya-mənəvi dayaqlarını möhkəmləndirmir, eyni zamanda xalqlar arasında dərin tarixi bağlara əsaslanan dostluq və mənəvi həmrəyliyin davamlı şəkildə güclənməsinə xidmət edir.

B.Vahabzadənin poeziyası yalnız müəyyən dövrün ədəbi-estetik düşüncəsini deyil, bütöv bir xalqın mənəvi axtarışlarını və duyğu dünyasını ifadə edir. Şairin ana dilinin saflığının qorunmasına, türk kimliyinin möhkəmləndirilməsinə və Türk dünyasının mənəvi birliyinə çağıran ideyaları bu gün də aktuallığını saxlayır. Azərbaycan–Özbəkistan münasibətlərinin humanitar-mədəni təməllərinin dərinləşməsinə mühüm töhfə verir”,-deyə o əlavə edib.

Fərqanə Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Xabibullo Cürayev, Nizami adına Özbəkistan Milli Pedaqoji Universitetinin professoru, “Özbəkistan–Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, Fərqanə Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Gözəl Muxamejanova və Özbəkistanın Xalq artisti, professor Sultanəli Mannopov Bəxtiyar Vahabzadənin yaradıcılığının özbək oxucusu üçün əhəmiyyətindən danışıblar.

Natiqlər çıxışlarında Azərbaycan şeirinin klassik ənənələr ilə müasir bədii düşüncə arasında mühüm körpü rolunu oynadığını, B.Vahabzadə poeziyasının isə bu xəttin ən parlaq nümunələrindən biri olduğunu qeyd ediblər. Həmçinin Azərbaycan və Özbəkistan ədəbiyyatları arasındakı qarşılıqlı təsirlərdən, klassik və müasir yazarların hər iki ölkədə tanıdılmasının vacibliyindən bəhs edərək, bu kimi layihələrin ədəbi-mədəni dialoqun inkişafına mühüm təkan verdiyini vurğulayıblar.

Tədbirin bədii hissəsində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Xarıbülbül” teatr truppası tərəfindən Xalq şairi Bəxtiyar Vahabzadənin “Jonimga jo – Ozarbayjonim” kitabından seçilmiş şeirlər səsləndirilib.




Baxış sayı: 105
“Eternity-2026” təliminin iştirakçıları Zəfər parkını ziyarət ediblər Bu gün, 12:00 ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsində yardım göstərə bilər Bu gün, 11:00 Agentlik sədri: Süni intellekt daha strateji və yaradıcı düşünməyimiz üçün bizə geniş meydanlar açır Bu gün, 11:00 COVID-19-a yoluxmuş şəxslərdə xəstəliyin hansı fəsadları qalmaqdadır Bu gün, 10:00 MDB ölkələri terror təhlükələrinə qarşı birgə mübarizə sahəsində əhəmiyyətli təcrübə toplayıblar Bu gün, 10:00 Rizvan Nəbiyev: Azərbaycanın xarici siyasət imkanlarının genişləndirilməsi qarşıdakı dövrün prioritet istiqamətlərindəndir Bu gün, 09:30 COP31: Azərbaycan pavilyonunda “Xəzər dənizi üzrə yüksəksəviyyəli tədbir” keçirilib Dünən, 21:31 Xalq rəssamına həsr olunan sərgi açılıb Dünən, 18:30 Azərbaycan Dünya Bankı ilə kənd təsərrüfatının inkişafı üzrə yeni layihə hazırlayır Dünən, 17:00 Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək Dünən, 16:30 Böyük Britaniya Cənubi Qafqazda sülh istiqamətində əldə olunan irəliləyişi alqışlayır Dünən, 12:00 “Minatəmizləmə fəaliyyətinə dəstəyimizi davam etdirəcəyik” - Səfir Dünən, 12:00 Zakir Həsənov hərbi qulluqçulara ali hərbi rütbələri təqdim edib Dünən, 11:00 Hikmət Hacıyev Aİ rəsmisi Olaf Skuqla görüşüb Dünən, 11:00 Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım olunub Dünən, 10:30 Milli Dirçəliş Günü münasibətilə kitab sərgisi açılıb 16-11-2026, 19:30 Ceyhun Bayramov Birləşmiş Krallığın dövlət katibi ilə Cənubi Qafqazı müzakirə edib 16-11-2026, 18:30 Azad edilmiş ərazilərdə 152 mina, 1343 hərbi sursat tapılıb 16-11-2026, 18:00 “Bir pəncərə” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib 16-11-2026, 14:30 Nəticəsiz danışıqlar, baş tutmayan sövdələşmələr müharibə riskini artırır 16-11-2026, 14:00 "Ekoloji vəsaitlərə nəzarət gücləndirilməlidir" 16-11-2026, 13:30 Fon der Lyayen: Avropa Ukrayna ilə bağlı sülh danışıqlarında iştirak edəcək 16-11-2026, 10:30 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi olub 16-11-2026, 09:30 Prezidentin Mətbuat Xidmətinin məlumatı 16-11-2026, 08:00 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb 16-11-2026, 08:00 Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır 15-11-2026, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir 15-11-2026, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib 15-11-2026, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub 15-11-2026, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30