FACT-INFO.AZ » MEDİA » Azərbaycan-Gürcüstan Media Forumu çərçivəsində media savadlılığı mövzusu müzakirə edilib
5-12-2025, 15:00 | MEDİA
Azərbaycan-Gürcüstan Media Forumu çərçivəsində media savadlılığı mövzusu müzakirə edilib

Azərbaycan-Gürcüstan Media Forumu çərçivəsində “Jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılmasında birgə əməkdaşlıq” mövzusu müzakirə edilib.

Fact-info.az xəbər verir ki, Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərovanın moderatorluq etdiyi panel sessiyada jurnalistlərin peşəkarlığının artırılması, cəmiyyətin media savadlılığının yüksəldilməsi və bu sahədə ikitərəfli əməkdaşlığın rolu ilə bağlı fikir mübadiləsi aparılıb.

Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova qeyd edib ki, mediada dezinformasiyanın ən təhlükəli təsirləri gənclər və uşaqlar üzərində özünü göstərir. Onlar informasiya məkanında hələ yetkin seçim bacarığı formalaşmadığı üçün manipulyasiyaya daha açıqdırlar. Bu səbəbdən məktəblərdə, universitetlərdə və digər təhsil mərkəzlərində media savadlılığının sistemli şəkildə artırılması, gənclərə kritik düşünmə və məlumatı qiymətləndirmə bacarıqlarının öyrədilməsi həyati əhəmiyyət daşıyır.

“Əminəm ki, bu cür layihələrin genişləndirilməsi və ölkələrimiz arasında təcrübə mübadiləsi media savadlılığının sürətli inkişafına imkan verəcək. Belə yanaşma yalnız gənclərin deyil, bütövlükdə cəmiyyətin sağlam informasiya mühitində fəaliyyət göstərməsini təmin edəcək”, - deyə L.İsgəndərova vurğulayıb.

Qriqol Robakidze Universitetinin Humanitar və Sosial Elmlər Məktəbinin professoru, Multimedia Mərkəzinin rəhbəri Maia Paçkoriya qeyd edib ki, müasir dövrdə dezinformasiyanın yaratdığı problemlərin həcmi hər gün artır. Saxta xəbərlər, manipulyativ kontent və süni intellekt vasitəsilə yayılan yanlış informasiya cəmiyyətin etimadını azaldır. Biz bu problemin əsas həll yollarından birinin təhsil sistemində olduğunu görürük. Media təhsili cəmiyyətin informasiya savadlılığını yüksəltmək, jurnalistlərin peşəkar hazırlığını təmin etmək və dezinformasiyanın təsirini azaltmaq baxımından strateji əhəmiyyətə malikdir.

“Hər iki ölkə - Azərbaycan və Gürcüstan eyni problemlərlə üzləşir. Bu sahədə regional əməkdaşlıq və təcrübə mübadiləsi çox vacibdir. Diplomatiyada istifadə olunan “intellektual silahlanma” termini burada da uyğun gəlir. Biz universitetlərdə, elmi mərkəzlərdə və peşəkar media təşkilatlarında media təhsilini gücləndirərək cəmiyyətin informasiya mühitini qorumaq üçün intellektual resurslarımızı artırmalıyıq. Təhsildə inkişaf yalnız jurnalistlərin peşəkarlığını artırmır, həm də dezinformasiyanın yaratdığı təhdidlərin qarşısını almağa imkan verir. Güclü və müasir media təhsili cəmiyyətin məlumatlandırılması, medianın etibarlılığı və informasiya təhlükəsizliyinin qorunması üçün vacib baza təşkil edir”, - deyə Maia Paçkoriya vurğulayıb.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu deyib: “Media savadlılığı yalnız jurnalistika fakültəsi tələbələri üçün deyil, bütün təhsil səviyyələrinə daxil edilməlidir. Hətta orta məktəblərdə belə uşaqlara və gənclərə doğru informasiya mənbələrini seçmək, saxta xəbərləri tanımaq və informasiya məzmununu kritik qiymətləndirmək bacarıqları öyrədilməlidir. Bu istiqamətdə Medianın İnkişafı Agentliyinin həyata keçirdiyi “Media Savadlılığı Həftəsi” kimi layihələr artıq uğurlu nəticələr göstərir və geniş miqyasda tətbiq oluna bilər. Gələcək üçün əsas hədəf media savadlılığının davamlılığını təmin etməkdir. Bunun üçün ölkədə vahid, sistemli media savadlılığı proqramının, həm təhsil müəssisələrində, həm də ictimai təşəbbüslərdə işləyən bir sistemin qurulmasına böyük ehtiyac var. Belə bir sistem media sahəsində peşəkarlığın artırılması, ictimaiyyətin məlumatlandırılması və dezinformasiyanın təsirinin azaldılması üçün möhkəm baza yaradacaq”.

Gürcüstanın “PosTV” telekanalının analitik qrupunun nümayəndəsi Gia Abaşidze isə qeyd edib ki, gənclərin bu prosesdə rolu xüsusi əhəmiyyət daşıyır. Onlar həm informasiya istehlakçıları, həm də gələcəyin jurnalistləri və media liderləri olaraq cəmiyyətin media mühitində sağlamlıq və etimadın qorunmasında açar rol oynayırlar. Gənclər media savadlılığını öyrəndikcə, dezinformasiyanın təsirinə qarşı daha dözümlü olurlar və həm özləri, həm də ətrafdakı insanlar üçün doğru informasiya mənbələrinin seçilməsini təşviq edə bilirlər.

“Bizim məqsədimiz yalnız dezinformasiyanın yayılmasının qarşısını almaq deyil, həm də gənclər vasitəsilə sağlam informasiya mühitini yaratmaqdır. Universitetlər, məktəblər, media təşkilatları və ictimai təşəbbüslər birgə çalışaraq bu hədəfə nail ola bilər. Gənclərin fəal iştirakı və media savadlılığının artırılması həm ölkəmizdə, həm də regionda dayanıqlı informasiya mühitinin formalaşmasına xidmət edəcək”, - deyə Gia Abaşidze vurğulayıb.

Panel sessiya müzakirələrlə davam edib (AZƏRTAC).




Baxış sayı: 105
Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar Bu gün, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir Bu gün, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub Bu gün, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub Dünən, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib Dünən, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence Dünən, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib Dünən, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır Dünən, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub Dünən, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib Dünən, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb Dünən, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir Dünən, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031