Azərbaycanlılar 1800-cü illərdə İrəvan və ətraf bölgələrdə vətənlərinə bağlılıqları ilə seçilirdilər. Bu, onların mədəni və tarixi irsinin qorunmasında mühüm rol oynayıb. Fact-info.az xəbər verir ki, bu sözləri fransalı tarixçi-alim Maxime Gauin “Mədəni irs və qayıdış hüququ” mövzusunda keçirilən beynəlxalq konfransın “Qayıdış hüququ və mədəni irs: hüquqi və mənəvi əsaslar” adlı panel müzakirəsində söyləyib.
O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ərazilərində sosial və mədəni fəaliyyətlər inkişaf etdirilib. Azərbaycan xalqının hüquqları həm yerli, həm də regional səviyyədə qorunub.
"1920-ci ildə azərbaycanlılar öz mədəniyyətlərini, tarixlərini və ərazilərini qorumaq üçün mübarizələr aparıblar. Bu dövrdə mədəniyyətin qorunması və ictimai təşkilatlanma əhəmiyyətli rol oynayırdı. Bu, tarix boyunca azərbaycanlıların mədəni, tarixi və siyasi mübarizəsində, onların milli kimliyinin qorunmasında həlledici olub”, - deyə tarixçi vurğulayıb.
Baxış sayı: 140
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
