Ölkədə iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsi, qlobal tədarük zəncirlərində dayanıqlığın artırılması və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi məqsədilə “Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib.
Fact-info.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Sərəncama əsasən, konsepsiya iqtisadi fəaliyyət iştirakçıları arasında şəffaflığın artırılması, təhlükəsiz və sadələşdirilmiş ticarətin təşviqini, transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsini və iqtisadiyyatın diversifikasiyasının təminini nəzərdə tutur. Sənəddə, həmçinin etibarlı tərəfdaşların müəyyənləşdirilməsi mexanizmləri, nəzarət və monitorinq prosedurlarının təkmilləşdirilməsi, dövlət qurumları arasında koordinasiyanın artırılması kimi istiqamətlər əhatə olunub.
Baxış sayı: 115
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
