Qərbi azərbaycanlıların geri dönüşü beynəlxalq insan hüquqlarının fundamental prinsiplərindən biridir. BMT-nin İnsan Hüquqları Ümumdünya Bəyannaməsinin 13-cü maddəsi hər bir insanın öz ölkəsinə qayıtmaq hüququnu açıq şəkildə təsbit edir. Lakin bu hüquq yalnız fiziki qayıdışı nəzərdə tutmur. Həqiqi geri dönüş insanın təkcə yurduna deyil, kimliyinə, yaddaşına, mədəniyyətinə və mənəvi irsinə qovuşması deməkdir.
Fact-info.az xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım Bakıda keçirilən "Mədəni irs və qayıdış hüququ” mövzusunda beynəlxalq konfransda söyləyib.
O, bildirib ki, ermənilər tərəfindən zorla öz doğma torpaqlarından çıxarılan Qərbi azərbaycanlıların geri dönüşü, sadəcə, coğrafi hərəkət deyil, ədalətin bərpası, kimliyin qorunması və tarixi həqiqətin təsdiqi deməkdir.
"Azərbaycan xalqının yüz illər boyu yaratdığı məscidlər, türbələr, qəbiristanlıqlar, məhəllələr, tarixi tikililər və əlyazmalar məhv edilib",- deyə Ş.Ayrım vurğulayıb.
Baxış sayı: 110
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
