Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Vyana şəhərində keçirilən 32-ci iclası çərçivəsində NATO Baş katibinin müavini Radmila Şekerinska ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Fact-info.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və NATO arasında əməkdaşlıq gündəliyinin təhlükəsizlik, müdafiə, enerji təhlükəsizliyi və digər aspektləri müzakirə olunub.
NATO üzv ölkələrinin səfirlərinin ölkəmizə cari ilin noyabr ayında ölkəmizə səfəri və yüksəksəviyyəli görüşlər məmnunluqla xatırlanıb.
Nazir Ceyhun Bayramov Vaşinqton sammiti çərçivəsində əldə olunmuş razılıqlar və sülh perspektivləri, bölgədə nəqliyyat dəhlizləri üzrə planlar barədə məlumat verib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər, NATO mexanizmləri çərçivəsində əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.
Baxış sayı: 100
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
