Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Cəlal Ağayev 1984-cü il dekabrın 4-də Lerik rayonunun Kornədi kəndində anadan olub.
O, həqiqi hərbi xidməti bitirdikdən sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin gizir ixtisas və hazırlıq kurslarını uğurla bitirib. 2016-cı ilin Aprel döyüşlərinin də iştirakçısı olan Cəlal Ağayev 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və 29 sentyabr tarixində bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Cəlal Ağayev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Suqovuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Ruhu şad olsun!
Baxış sayı: 100
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
