FACT-INFO.AZ » AKTUAL » Yalnız ədalətli sülh Ukraynaya və ümumilikdə regiona sabitlik gətirər
4-12-2025, 13:00 | AKTUAL
Yalnız ədalətli sülh Ukraynaya və ümumilikdə regiona sabitlik gətirər
Uitkoffun Küşnerlə birlikdə Kremlin rəhbərliyi ilə apardığı danışıqlar təxmin edildiyi kimi başa çatıb. Bəzi politoloqlar, siyasi yazarlar politologiyanın bütün terminlərindən istifadə edərək bu görüşü şərh edirlər. Amma Ukrayna məğlub olacaq deyib bədbinliyə qapılmağa əsas yoxdur. Bu müharibənin taleyini diplomatiya deyil, güc həll edəcək. Həmin güc artıq Rusiyada yoxdur. Trampın dəstəyindən ruhlanan Vladimir Putinin son dövrlərdə səsləndirdiyi gurultulu bəyanatlar gücə söykənmir. Ukrayna Ordusu ilə döyüşlərdə 1 milyondan artıq insan itkisi, iqtisadiyyatın bərbad günə düşməsi, tətbiq olunmuş ciddi sanksiyalar və bizim bilmədiyimiz digər problemlər Rusiyanın çox ağır durumda olduğunun göstəricisidir. Bütün bunların əvəzində Putinin gurultulu bəyanatları reallıqdan çox uzaqdır.
Bu gün ukraynalılar qəhrəmanlıqla, çox ağır şəraitdə döyüşürlər və öz torpaqlarından imtina etməyəcəklərini bəyan edirlər. O qəhrəman xalq Avropa üçün, Mərkəzi Asiya və Cənubi Qafqaz üçün döyüşür. Qənaətimcə, dünya bunun fərqindədir. Bu baxımdan kifayət qədər resursları olan Avropa Birliyi və Böyük Britaniya öz gələcəkləri, təhlükəsizlikləri naminə Ukraynaya bütün sferalarda dəstəyini əsirgəməyəcəyinə inanmaq istərdik.
Digər tərəfdən ABŞ prezidenti Donald Trampın öz iqtisadi, strateji maraqları naminə Ukraynanı Rusiyaya qurban verəcəyi inandırıcı deyil. Ona görə ki, Amerika cəmiyyəti, Demokratlar Partiyası, hətta Respublikaçılar Partiyasının bir çox üzvləri Trampın bu siyasətinə sərt təpki göstərir.
Yekun olaraq onu deyim ki, yalnız ədalətli sülh Ukraynaya və ümumilikdə regiona sabitlik gətirər. Gurultulu bəyanatlarla, çox konfiqurasiyalı məkrli gedişlərlə imzalancaq hər hansı sülh müqaviləsi Rusiya-Ukrayna konfliktinin həlli olmayacaq.
Əkrəm Bəydəmirli



Baxış sayı: 225
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30