FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Üzeyir bəy Hacıbəylinin yubileyinə həsr edilən nəşrlər
3-12-2025, 11:00 | TƏDQİQATLAR-ANALITIKA
Üzeyir bəy Hacıbəylinin yubileyinə həsr edilən nəşrlər

Azərbaycanın milli klassik musiqisinin və professional bəstəkarlıq məktəbinin banisi, ilk milli operanın müəllifi, görkəmli maarifçi, dramaturq və publisist Üzeyir bəy Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə silsilə nəşrlər çap edilib. Fact-info.az xəbər verir ki, yubiley çərçivəsində bp şirkətinin sponsorluğu ilə üç kitab işıq üzü görüb.

Nəfis tərtibatda nəşr olunmuş "Ömür albomu" Üzeyir bəyin həyat və yaradıcılığını, ictimai fəaliyyətini və musiqi irsi haqqındadır. Kitabdakı fotoşəkillər, sənədlər, illüstrasiyalar, afişalar dahi bəstəkarın ömür yolunun müxtəlif mərhələlərini, ailə üzvlərini, dostlarını, pedaqoji və publisistik fəaliyyətini, Azərbaycan musiqisinin inkişafına verdiyi əvəzsiz töhfələri əks etdirir.

Nəşrin layihə rəhbəri və ideya müəllifi Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov, tərtibçiləri isə muzeyin əməkdaşları Nərgiz Qədirova və Xanım Həsənxanovadır. Kitabın redaktoru Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyndir.

"Unudulmaz incilər" (partituralar) adlanan digər bir nəşrə "Milli marş", "Şeyx Sənan" operasından üç fraqment ("Müqəddimə", "Qızların xoru", "Şeyx Sənanın eşq etirafı"), "Çırpınırdın, Qara dəniz", "Simfonik rəqslər №1", "Simfonik rəqslər №2", "Bahar nəğməsi", "Aşıqsayağı" əsərləri daxildir. Kitaba yazılan “Ön söz”də qeyd edildiyi kimi, bəstəkarın arxivində hələ də opera, kantata, mahnı və digər janrlarda yazılmış əsərlər öz tədqiqatçılarını gözləyir. Nəşrin redaktoru Sərdar Fərəcov, məsul redaktoru Fərid Hüseyn, ingilis dilinə tərcümə edən Tamam Bayatlıdır.

"Uşaqlara hədiyyə (səs və fortepiano üçün mahnılar)"də görkəmli bəstəkarın yaratdığı möhtəşəm operalar, operettalar, kantatalar, kamera və orkestr əsərləri ilə yanaşı, uşaqların mənəvi aləmini zənginləşdirən çox gözəl, oynaq və mənalı mahnılar verilib. Gənc bəstəkar Vəfa Bağırzadənin tərtib etdiyi məcmuədə 8 mahnı - "Çıxdı günəş", "Ninni", "Pilotlar", "Səhər-səhər yaz çağı", "Beşik başında", "Bir quş düşdü havadan", "Bayram günü", "Şəfəq sökülərkən" mahnıları yer alıb.

Həmin nəşrin də redaktoru Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov, məsul redaktoru Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, şair Fərid Hüseyn, ingilis dilinə tərcümə edəni Tamam Bayatlıdır.




Baxış sayı: 130
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30