Azərbaycanla münaqişə üzrə arxiv sənədlərini ictimaiyyətə açan Paşinyan hökuməti Ermənistan daxilində kəskin reaksiyalara səbəb olub.
Musavat.com xəbər verir ki, keçmiş prezidentlərin komanda üzvləri iddia edirlər ki, təqdim olunan materiallar tam deyil, bəzi mühüm sənədlər isə qəsdən gizlədilib.
Birinci prezidentin müavini Levon Zurabyan bildirib ki, Paşinyan 2019-cu ildə ATƏT-in Minsk Qrupunun təklifi ilə bağlı Ermənistanın rəsmi cavabını dərc etməyib.
Onun sözlərinə görə, ya hökumət ümumiyyətlə cavab verməyib və təklifləri rədd edib, ya da cavab var, amma Paşinyan onu bilərəkdən gizlədir.
Zurabyan deyir ki, həmin sənəd qəbul edilsəydi, müharibə yaşanmazdı, Kəlbəcər və Laçın Ermənistanın nəzarətində saxlanardı, Qarabağ ətrafında beynəlxalq sülhməramlılar yerləşdirilərdi, Azərbaycana veriləcək 5 rayona azərbaycanlı qüvvələrin girişi qadağan olunardı.
Eks-prezident Robert Koçaryanın ofisi isə bildirib ki, Paşinyanın dərc etdiyi sənədlər arasında hökumətə yaxın "Aykakan Jamanak" qəzetinin materialı da "danışıqlar planı" kimi təqdim edilib.
Baxış sayı: 135
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
