Ukrayna üçün ABŞ-ın sülh planının ən həssas məqamları ərazilər, dondurulmuş Rusiya aktivləri və təhlükəsizlik zəmanətləridir. Fact-info.az-ın məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski İrlandiyanın Baş naziri Mixol Martinlə keçirdiyi mətbuat konfransında deyib.
Zelenski qeyd edib ki, Amerika və Ukrayna rəsmiləri arasında təmaslardan sonra yekunlaşan ABŞ-ın sülh planının bütün bəndlərini hələlik açıqlaya bilmir.
"Mən deyə bilərəm ki, ən həssas məsələlər, ən mürəkkəb suallar, çağırışlar ərazilər, dondurulmuş aktivlərdir", - Zelenski əlavə edib.
Ukrayna Prezidentinin sözlərinə görə, Rusiyanın aktivlərinin əksəriyyəti Avropa ölkələrində dondurulub və o, Aİ liderlərinin adından onlara necə sərəncam verəcəyinə qərar verə bilməz.
Prezident qeyd edib ki, digər həssas məsələ təhlükəsizlik təminatıdır. Ukrayna ABŞ, Avropa və bəzi digər liderlərin güclü təminatlarına ümid edir.
“Düşünürəm ki, bu üç mövzu ən həssas və önəmlidir. komandalarımız bunun üzərində işləməyə davam edirlər”, - deyə Zelenski bildirib.
Baxış sayı: 120
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
