FACT-INFO.AZ » AKTUAL » Əcnəbi dillərdə olan küçə reklamları
2-12-2025, 16:00 | AKTUAL
Əcnəbi dillərdə olan küçə reklamları
Paytaxtın inkişaf tendensiyası, ümumi ansanbulu, hətta küçə reklamlarına qədər milli çalarları özündə ehtiva etməlidir. Təəssüf ki, bu belə deyil.
Bakının mərkəzi küçələrini seyr edərkən öncə diqqətimizi əcnəbi dillərdə olan küçə reklamları cəlb edir. Adam özünü Azərbaycanda deyil, hansısa Avropa ölkəsində hiss edir. Doğma dilə bu qədər etinasız yanaşmaq olarmı?
Dünyada qəbul olunmuş, müəyyən qədər status almış brend mallar var. Əgər buna qanunlar icazə verirsə, belə məhsulların istisna hallarda əcnəbi dildə yayımı mümkün olar. Paytaxtımızda isə vəziyyət fərqlidir. Onda diqqət yetirək, mövcud hüquq sistemimiz bu məsələlərə necə münasibət bildirir.
“Dövlət dilli haqqında qanunun 7-ci maddəsində (”Dövlət dilinin xidmət sahələrində, reklam və elanlarda işlənməsi") göstərilir: “Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı, digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda reklam və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər, lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir”.
Göründüyü kimi, bütün məsələlər aydındır. Aydın olmayan isə Azərbaycanın hüquq sisteminə, ana dilimizə etinasızlıqdır ki, nəticədə küçə reklamlarının böyük əksəriyyəti xarici dillərdədir. Bəs, küçə reklamlarına icazə verən, rəsmi strukturlar, xüsusilə Dövlət Reklam Agentliyi hara baxır?
Yalnız maliyyə ödənişini almaqla, plakatın ölçüsünə icazə verməklə məsələ bitmir. Reklamların dilinə və məzmununa diqqət yetirilməlidir. Əks təqdirdə paytaxtı işğal edən əcnəbi dillərdə olan küçə reklamlarını görürük.
Ümumiyyətlə, reklam məsələsi ilə bağlı bəzi məqamlara qısaca nəzər salmaq istərdim. Yalnız küçə reklamları ilə problem bitmir. Telekanallarda reklam işində, teleticarətin təşkilində qüsurlar kifayət qədərdir. Məlumdur ki, televiziyalarda reklamlarla bağlı limit var. Belə ki, 1 saat ərzində 12 dəqiqə reklam blokuna icazə verilir. Bu 12 dəqiqəlik müddətdə bəzən eyni məhsulun reklamını təkrar-təkar verirlər. Belə roliklər tamaşaçıda qıcıq yaradır. Ay zalım uşağı, bununla siz həmin məhsulun antireklamını təşkil edirsiniz. Nəi sə, bütün bunlar başqa söhbətin mövzusudur.
Yekunda onu deyim ki, reklam mədəniyyəti xoş aura yaradır, istehlakçını cəlb edir. Ana dilinə, milli dəyərlərə, qanunlara etinasız yanaşıb reklam işini təşkil etmək isə insanlarda qıcıq yaradır.
Əkrəm Bəydəmirli



Baxış sayı: 350
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30