Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyası tərəfindən Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) ilin yekunlarına dair keçirilən yoxlamalar zamanı hərbi hissə və bölmələrin uğurlu fəaliyyəti yüksək qiymətləndirilib.
Fact-info.az-a bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yoxlamalar çərçivəsində bölmələrin həyəcan siqnalı ilə qaldırılması zamanı fəaliyyəti, qərargah fəaliyyəti, döyüş hazırlığı, komandir hazırlığı, ümumqoşun hazırlığı və maddi-texniki təminat vəziyyəti yoxlanılıb, şəxsi heyətdən müxtəlif hazırlıqlar üzrə məqbullar qəbul edilib, atıcı silahlardan və artilleriya vasitələrindən praktiki atışlar yerinə yetirilib, maddi tədris bazasının yoxlanılması məqsədilə sıra baxışları keçirilib.
Hərbi qulluqçuların taktiki-xüsusi hazırlıq üzrə məşğələləri, eləcə də komando bölmələrinin dağ komando qülləsində və kəşfiyyat cığırında fəaliyyətləri izlənilib.
Hərbi qulluqçular müasir texniki vasitələrdən istifadə edərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.
Azərbaycan Ordusunda inspeksiya yoxlamalarının nəticələri və hərbi qulluqçuların peşəkarlığı müsbət qiymətləndirilib.
Baxış sayı: 100
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
