FACT-INFO.AZ » SİYASƏT » “Brüssel Signal” portalında Azərbaycan-Ermənistan münasibətləri, regionda sülh prosesləri və əməkdaşlıq imkanlarından bəhs edən məqalə yayımlanıb
2-12-2025, 10:30 | SİYASƏT
“Brüssel Signal” portalında Azərbaycan-Ermənistan münasibətləri, regionda sülh prosesləri və əməkdaşlıq imkanlarından bəhs edən məqalə yayımlanıb

“Brussels Signal” portalında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Azərbaycan-Ermənistan münasibətləri, ölkəmizin regionda sülhün təmin olunması və əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də Avropanın enerji təhlükəsizliyində rolu ilə bağlı fikirlərindən bəhs edən məqalə dərc olunub.

Fact-info.az xəbər verir ki, məqalədə Azərbaycan ilə Avropa İttifaqı arasında dialoqun uzun müddət Ermənistanla bağlı ərazi mübahisəsinə fokuslansa da, bölgədə sülhün təmin edilməsindən sonra əməkdaşlığın əsas istiqamətinin dəyişdiyi və iqtisadi sahələrin ön plana çıxdığı vurğulanıb. 2023-cü ilin sentyabrında keçirilmiş qısamüddətli antiterror tədbirlərindən sonra Qarabağ məsələsinin faktiki olaraq başa çatdığı bildirilib. Məqalədə etnik ermənilərin böyük hissəsinin regionu tərk etdiyi və artıq iki ölkənin birgə infrastruktur layihələri üzərində işləmək imkanına malik olduğu diqqətə çatdırılıb.

Yazıda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin ötən həftə Brüsseldə jurnalistlərə müsahibəsində “Biz müharibədə qalib gəldik, gəlin, indi sülhü qazanaq. Biz regionu köklü şəkildə yenidən qururuq və Azərbaycan-Ermənistan sülh gündəliyini möhkəmləndiririk”, - fikri oxucuların diqqətinə təqdim olunub. Hazırda bu istiqamətdə diqqət mərkəzində saxlanılan, Azərbaycan, Ermənistan, İran və Türkiyə sərhədlərinin kəsişməsində yerləşən Zəngəzur dəhlizinin potensial olaraq Çin ilə Avropanı birləşdirəcək nəqliyyat oxu hesab edildiyi xüsusi vurğulanıb. Eyni zamanda, ABŞ-ın layihənin Ermənistana aid hissəsində tərəfdaş qismində çıxış etdiyi və dəhlizin bir seqmentinə Prezident Trampın adının verildiyi qeyd olunub.

Məqalədə, həmçinin Azərbaycanın həm təbii qazın, həm də bərpaolunan elektrik enerjisinin potensial tədarükçüsü kimi öz imkanlarını təqdim etdiyi, ölkədə qızıl yataqlarının olduğu, həmçinin nadir torpaq elementlərinin mövcudluğunun ehtimal edildiyi vurğulanıb.

Xəbərdə Azərbaycanın Qərb tərəfindən sanksiyaya məruz qalan Rusiya və İran arasında yerləşməsinin regiona öz təsirini göstərdiyi də bildirilib. Bu çərçivədə SOCAR-a məxsus enerji obyektlərinə və Azərbaycanın Kiyevdəki səfirliyinin binasına Rusiyanın hava zərbələrinin endirildiyi, eyni zamanda, Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunun törədildiyi xatırlanıb. Hikmət Hacıyevin Rusiyanın Ukraynada SOCAR-ın obyektlərinə və səfirliyin binasına zərbələrin endirilməsini qəza nəticəsində vurulmuş zərər olduğunu qeyd etdiyi bildirilib. Həmçinin Azərbaycanın Tehrandakı səfirliyinə hücumda məsuliyyət daşıyan şəxslərdən birinin edam edildiyi də xüsusi vurğulanıb.

Eyni zamanda, yazıda 2024-cü ilin dekabrında AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması nəticəsində 67 sərnişindən 38-nin həlak olmasına da toxunulub. Prezidentin köməkçisinin bu məsələ barədə şərhində Rusiya Prezidentinin Azərbaycanın narahatlıqlarını cavablandırdığı, hadisə ilə bağlı Rusiya tərəfindən araşdırmanın aparıldığı və cinayəti törədən şəxslərin məsuliyyətə cəlb olunacağını qeyd etdiyi diqqətə çatdırılıb. Bu kontekstdə Hikmət Hacıyevin “Bütün bu gərginlik dalğasının artması bizə təsir göstərə bilər. Lakin buna baxmayaraq, Azərbaycan sabitlik, təhlükəsizlik və firavanlıq adasıdır və biz bunu daha da möhkəmləndirməkdə davam edəcəyik” fikri xüsusilə qeyd edilib.

Bundan başqa, məqalədə Ermənistanla münaqişənin başa çatmasının Bakının xarici siyasətinə yenidən baxılmasına səbəb olduğu, Azərbaycanın hazırda özünü Mərkəzi Asiya ilə Qafqaz dağları və Yaxın Şərq arasında yerləşən ölkə kimi gördüyü, ölkənin geosiyasi kimliyinin artıq çoxşaxəli xarakter aldığı vurğulanıb.




Baxış sayı: 95
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30