Mədəniyyət paytaxtları seçilərkən əsas diqqət paytaxt şəhərlərə deyil, ölkələrində böyük mədəni və tarixi maraq doğuran şəhərlərə yönəldilməlidir. Qeyd etməliyəm ki, Laçının MDB-nin Mədəniyyət Paytaxtı statusuna namizəd göstərilməsi ideyası Prezident İlham Əliyevə məxsusdur və mən hamımız adından dövlətimizin başçısına dərin minnətdarlığımı bildirmək istəyirəm. Fact-info.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Parlamentin Mədəniyyət Komitəsinin sədri Polad Bülbüloğlu Laçında keçirilən “MDB-nin Mədəniyyət Paytaxtı 2025”in bağlanış mərasimində deyib.
“Laçın Azərbaycanın sərhədidir, Qarabağ torpağıdır. MDB məkanında hazırda Qarabağ torpağının dirçəldilməsi üçün gedən proseslərin düzgün başa düşülməsi çox vacib idi. Burada olan hər kəs Laçının sözün əsl mənasında sürətli dirçəlişinin şahidi oldu. Burada hər şey dağıdılmışdı və qısa müddət ərzində Laçın bu gün Azərbaycanı MDB məkanında təmsil edir”, - deyə o əlavə edib.
Baxış sayı: 100
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
