Xarici işlər nazirinin müavini Fariz Rzayev Mərakeş Krallığında səfərdə olub.
Nazir müavini Kasablanka şəhərində yerləşən, ölkənin aparıcı ali təhsil ocaqlarından olan II Həsən Universitetinin müəllim-tələbə heyəti qarşısında “Azərbaycanın xarici və təhlükəsizlik siyasəti” mövzusunda məruzə ilə çıxış edib.
F.Rzayev məruzəsində Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra yürütdüyü fəal xarici siyasət kursu, ikitərəfli əlaqələri və beynəlxalq təşkilatlar çərçivəsindəki təşəbbüslərinə dair məlumat verib. Növbəti il ölkəmizin Ümumdünya Şəhərsalma Forumu və İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı kimi mötəbər tədbirlərə ev sahibliyi edəcəyi qeyd olunub. Bununla yanaşı, Azərbaycanla Mərakeş arasında ikitərəfli münasibətlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də regionda baş verən son proseslərlə bağlı ünvanlanmış suallar cavablandırılıb.
Nazir müavini səfər çərçivəsində daha sonra Tanjer şəhərində Mərakeş Kralının himayəsi altında keçirilən 17-ci Beynəlxalq MEDays Forumunda iştirak edib.
Foruma 120 ölkədən 7 minə yaxın nümayəndə qatılıb. Forumun qlobal enerji gündəliyi mövzusuna həsr olunmuş panel sessiyasında çıxış edən F.Rzayev ölkəmizin enerji siyasətinə dair məlumat verib, Azərbaycanın etibarlı tərəfdaş kimi regional və qlobal enerji təhlükəsizliyinə vacib töhfə verdiyini qeyd edib. Çıxışda həmçinin, alternativ enerji mənbələrindən istifadə sahəsindəki əldə edilmiş nailiyyətlərə də yer verilib.
Baxış sayı: 90
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
