FACT-INFO.AZ » XƏBƏR » Laçında “MDB Ölkələrinin Müasir Kino İstehsalının İnkişafı” mövzusunda dəyirmi masa keçirilib
30-11-2025, 09:00 | XƏBƏR
Laçında “MDB Ölkələrinin Müasir Kino İstehsalının İnkişafı” mövzusunda dəyirmi masa keçirilib

Laçın şəhərində “MDB-nin Mədəniyyət Paytaxtı – 2025”in bağlanış mərasimi çərçivəsində “MDB Ölkələrinin Müasir Kino İstehsalının İnkişafı” adlı dəyirmi masa təşkil olunub.

Fact-info.az APA-ya istinadən xəbər verir ki, tədbirdə çıxış edən Laçın şəhərində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov bildirib ki, Laçında kino sənayesinin inkişafı üçün addımlar atılır.

“Şəhərdə ilk növbədə kinoteatr və kinopavilyonu bərpa etmişik. Eləcə də Laçında konqres-konsert zalının tikintisini planlaşdırırıq. Ümid edirəm ki, gələcək əməkdaşlıq çərçivəsində kino sənayesinə sərmayə qoyulacaq və bunun faydasını görəcəyik”, – deyə o bildirib.

Daha sonra çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov qeyd edib ki, 34 yerli kino istehsalı şirkətinə 20 milyon manatdan çox dövlət dəstəyi ayrılıb: “Bu dəstək Azərbaycanda kino sənayesinin gələcək inkişafına kapital qoyuluşudur”.

“Qırğızfilm" Milli kinostudiyasının aparıcı mütəxəssisi Rabia Mirlanova isə qeyd edib ki, Kino humanitar əməkdaşlığın güclü vasitələrindən biridir.

“Kino elə bir yatırım sahəsidir ki, bu, əsrlərlə qala bilər. Bu da o deməkdir ki, kino ölkələr arasında mədəni münasibətlərin inkişafı üçün unikal vasitədir”, - deyə o bildirib.

Özbəkistan Kinematoqrafiya Agentliyinin Ekspert Komissiyasının üzvü, Özbəkistan Film İstehsalçıları Birliyinin sədri Kuçkarov Mannob isə kino vasitəsilə ortaq mədəniyyət, tarix, sənət və ədəbiyyatı geniş şəkildə təbliğ etməyin mümkün olduğunu bildirib.

Dəyirmi masa xarici qonaqların da iştirakı ilə müasir kinonun inkişafı ilə bağlı fikir mübadiləsi ilə davam edib.




Baxış sayı: 100
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30