FACT-INFO.AZ » QHT » “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda yerləşən 17 abidənin dövlət qeydiyyatına alınması təklif olunub
29-11-2025, 11:30 | QHT / MƏDƏNİYYƏT
“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda yerləşən 17 abidənin dövlət qeydiyyatına alınması təklif olunub

Mədəniyyət Nazirliyi yanında Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert şurasının növbəti iclası keçirilib.

Bu barədə  Fact-info.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, Ekspert şurasının sədri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova müzakirəyə çıxarılan məsələlər haqqında məlumat verib.

O qeyd edib ki, bugünkü iclasda 25 tarixi, memarlıq və arxeoloji əhəmiyyət daşıyan obyektin dövlət mühafizəsinə götürülməsi barədə məsələ şura üzvlərinin müzakirəsinə təqdim olunub.

İclasda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva Ekspert şurası tərəfindən həyata keçirilən işlərin nəticələri barədə məlumat verib. Bildirib ki, bu günə qədər Ekspert şurasında 500 abidə və yeni aşkar edilmiş abidə müzakirə edilib, qanunvericiliyə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasından rəy alınıb. Ümumilikdə isə ekspertiza aktı hazırlanan abidə və yeni aşkar edilmiş abidələrin sayı 2 mindən artıqdır. Toplanmış materiallar mərhələli şəkildə Ekspert şurasının iclaslarında müzakirəyə çıxarılır. Həyata keçirilən işlər nəticəsində cari ildə 51 yeni aşkar edilmiş abidə dövlət qeydiyyatına alınıb. Onlardan 7-si Bakı şəhəri, 44-ü isə işğaldan azad edilmiş ərazilərdə yerləşir.

İclasda “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən 17, vətəndaş müraciətləri əsasında qeydə alınmış 7 və Qubadlı rayonu ərazisində yerləşən 1 daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilməsi təklif olunan obyekt barədə Şura üzvlərinin rəy və təklifləri dinlənilib. Həmin tarixi, memarlıq və arxeoloji obyektlərin dövlət qeydiyyatına alınması üçün müvafiq tədbirlərin görülməsi barədə qərarlar qəbul edilib.




Baxış sayı: 105
Göyçə aşıq məktəbinin istedadlı davamçısı: Aşıq Rəfiqə Göyçəli Dünən, 20:30 Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər Dünən, 17:30 Ermənistanın konstitusiya riskləri Dünən, 17:00 Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır Dünən, 16:30 “İpək irsimiz – Kəlağayı”: Azərbaycan Kəlağayısı Gününə həsr olunan tədbir Dünən, 16:00 Uzbekistan to welcome Azerbaijan Culture Days once again Dünən, 14:30 Ukraynanın F-16 təyyarələrinin texniki xidmət xərclərini Avropa ölkələri ödəyəcək Dünən, 13:00 Bu gün Azərbaycan Kəlağayısı Günüdür Dünən, 11:00 Pərviz Şahbazov: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq Dünən, 11:00 Kəlbəcərdə sərgilər təşkil olunub Dünən, 10:00 Azərbaycan-Özbəkistan əməkdaşlığında təmiz enerjiyə keçid xüsusi əhəmiyyət daşıyır 25-11-2026, 21:00 Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ 25-11-2026, 18:30 Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations 25-11-2026, 17:30 Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib 25-11-2026, 17:30 Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir 25-11-2026, 13:30 Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub 25-11-2026, 11:30 İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub 25-11-2026, 10:00 Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür 25-11-2026, 09:30 Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub 25-11-2026, 08:30 Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir" 25-11-2026, 08:00 Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır 24-11-2026, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir 24-11-2026, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək 24-11-2026, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” 24-11-2026, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil 24-11-2026, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib 24-11-2026, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib 24-11-2026, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib 24-11-2026, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik 24-11-2026, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM 24-11-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30