FACT-INFO.AZ » QHT » Qrant müsabiqəsi elan edilib
28-11-2025, 11:00 | QHT
Qrant müsabiqəsi elan edilib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən gənclər sahəsində fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 2026-cı il üzrə qrant müsabiqəsi elan olunur. Müsabiqə çərçivəsində layihə təklifləri “Kiçik qrant” (25.000 manatadək), “Orta qrant” (50.000 manatadək) və “Böyük qrant” (100.000 manatadək) kateqoriyaları üzrə qəbul edilir.


Layihə təkliflərinə dair sənədlərin qəbulu 27 noyabr – 08 dekabr 2025-ci il müddətində grants@mys.gov.az elektron poçt ünvanı vasitəsilə qəbul ediləcəkdir. Müsabiqəyə müraciət üçün son tarix 08 dekabr 2025-ci il, saat 12:00 müəyyən edilmişdir. Müraciətlərin qəbulu bitdikdən sonra, QHT-lərdən toplanmış layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək.


 
Qrant müsabiqəsi ilə bağlı suallarla azeyouth@mys.gov.az elektron ünvanına və ya Gənclər və İdman Nazirliyin qaynar xəttinə (tel: 187) müraciət etmək mümkündür.


Qrant müsabiqəsi “Dövlət gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu və “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın “5.2.19. gənclər üçün aktual olan məsələlərin həllində gənclərin qeyri-hökumət təşkilatlarının iştirakını stimullaşdırmaq” bəndini əsas götürərək təşkil olunmuşdur.


Qrant məbləğlərinin yuxarı həddi və icra müddəti:


• Kiçik qrant müsabiqələri üzrə: 25000 manat (3-6 ayadək);


Kiçik qrantlar lokal səviyyədə, bir şəhər və ya rayon çərçivəsində həyata keçirilən, qısa müddətli (3-6 ay) və məhdud resurslarla ölçüləbilən nəticələrə yönəlmiş layihələrin maliyyələşdirilməsi məqsədi daşıyır. Layihə ən azı bir əsas fəaliyyət elementi üzrə nəticə göstərməli, hədəf qrupuna dair dəqiq göstəricilər (KPI) müəyyənləşdirməlidir. Bu kateqoriya daha geniş əhatəli layihələrin sadələşdirilmiş forması kimi qəbul edilə bilməz.


• Orta qrant müsabiqəsi üzrə: 50000 manat (6-9 ayadək);


Orta qrantlar region səviyyəsində (ən azı iki rayon və ya bir iqtisadi rayon) həyata keçirilən, 6-9 aylıq, daha geniş auditoriyanı əhatə edən layihələrin icrasına yönəldilir. Layihə ən azı üç fəaliyyət komponentindən (məsələn: təlim, tədbir, maarifləndirmə kampaniyası və s.) ibarət olmalı, konkret və ölçülə bilən nəticələr təqdim edilməli, orta və yekun hesabatlar hazırlanmalıdır. Regionlararası əlaqə və tərəfdaş qurumlarla əməkdaşlıq bu qrant növündə üstünlük təşkil edir. Tək tədbirdən və ya təlimlərdən ibarət olan qısamüddətli təşəbbüslər bu kateqoriyaya uyğun hesab edilmir.


• Böyük qrant müsabiqəsi üzrə: 100.000 manat (9-12 ayadək).


Böyük qrantlar respublika səviyyəsində və ya ən azı üç və daha çox regionu əhatə edən, strateji dəyişiklik və uzunmüddətli təsir yaratmağa yönəlmiş layihələrin maliyyələşdirilməsini nəzərdə tutur. Layihələrin müddəti 9–12 ay olmalı, ən azı beş müxtəlif fəaliyyət komponentini (təlim paketi, kommunikasiya kampaniyası, platforma və ya xidmət modeli, forum, araşdırma və s.) özündə birləşdirməlidir. Layihə monitorinq və qiymətləndirmə mexanizmləri, risk planı, nəticə indikatorları və təsir ölçmə metodologiyası ilə müşayiət olunmalıdır. Sırf bir neçə tədbirin keçirilməsi böyük qrant üçün əsas kimi qəbul edilmir.

 

Müsabiqələr aşağıdakı mövzular və sənəd nümunələri linkdə yerləşdirilmişdir:


https://drive.google.com/drive/folders/1J1ew7EvlkFuKlrsCBL3NdcAUGJwt4iDd?usp=share_link

 

Müraciət zamanı aşağıdakılar mütləq nəzərə alınmalıdır:


Layihə təkliflərinin hazırlanması zamanı Gənclər və İdman Nazirliyinin saytında yerləşdirilən nümunəvi sənəd formalarından istifadə olunmalıdır;


Sənədlər hazır olduqdan sonra sn qeydiyyat tarixinədək grants@mys.gov.az elektron poçt ünvanına göndərilməlidir. Təqdim olunduqdan sonra 1 gün ərzində qeydə alındığına dair “Sənəd qeydə alınmışdır” cavabı göndəriləcəkdir. Cavab alınmadıqda, Nazirliyə müraciət edilməlidir. Başqa heç bir mənbəyə göndərilən sənədlər qəbul edilmir. Müraciətlərin qəbulu yalnız qeyd olunan elektron poçt ünvanı vasitəsilə aparılır;


Müraciətlər qiymətləndirilərkən təşkilatın fəaliyyəti, layihələrin mahiyyəti, resurs strukturu və həyata keçirilmə potensialı nəzərə alınacaq, prioritet olaraq regionlarda və 2026-cı ilin "Gənclər Paytaxtı" olan Goranboy şəhərində icra olunması nəzərdə tutulan layihələr qiymətləndirmədə nəzərə alınacaqdır.

 

Layihələrin seçimi zamanı təqdim olunan sənədlərin tamlığı, düzgünlüyü, faydalılığı və uyğunluğu yoxlanılacaq, layihələrin icra planı, fəaliyyət göstəriciləri və KPI-lar (məsələn, əhatə olunan gənclərin sayı, keçiriləcək tədbirlərin sayı və müddəti, gözlənilən nəticələr) əsasında qiymətləndirmə aparılacaqdır.


Layihə təkliflərinin məzmunu, icra planı və büdcəsi eyni zamanda nəzərdən keçiriləcək, təqdim olunan resursların səmərəliliyi və layihənin məqsədlərə uyğunluğu əsasında layihənin maliyyə məbləği müəyyən ediləcəkdir.


Layihələr Azərbaycan dilində və Arial (12) şriftində yazılaraq təqdim edilməlidir.


Hər bir gənclər təşkilatı qrant müsabiqəsi çərçivəsində yalnız bir layihə təqdim edə bilər və həmin layihə yalnız bir qrant kateqoriyasına (kiçik, orta və ya böyük) aid olmalıdır.


Hər hansı tədbirin Gənclər Evi və ya digər dövlət qurumuna məxsus məkanda keçirilməsi nəzərdə tutulduqda, layihə təqdim edən təşkilat həmin qurumdan müvafiq dəstək məktubunu təqdim etməlidir.


Qrant müsabiqəsi çərçivəsində planlaşdırılan tədbirlər üzrə dəvət məktubu tədbirin keçirilmə tarixindən ən azı 14 (on dörd) gün əvvəl Nazirliyə rəsmi qaydada təqdim edilməlidir.


Layihənin bütün vizual materialları və tədbir tarixləri layihənin icrasından ən azı bir ay əvvəl Gənclər və İdman Nazirliyinin müvafiq sektoru ilə razılaşdırılmalı və təsdiq edildikdən sonra həyata keçirilməlidir. 


Qrant hesabına hazırlanan çap, audio, audio-vizual, kino və başqa materiallarda, keçirilən konfrans, seminar və digər ictimai tədbirlərdə bunların maliyyələşdirmə mənbəyi haqqında məlumat verilməlidir.


Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Nazirlik tərəfindən əlavə və ya təkrar maliyyələşdirilə bilməz.
Qrant müsabiqəsinin qalibləri layihə müddətində onlayn hesabatı Nazirliyə təqdim edəcək və fəaliyyətlər Nazirliyin əməkdaşları tərəfindən bütün fəaliyyətlər zamanı müvafiq kriteriyalar əsasında yoxlanılaraq qiymətləndiriləcək. Qiymətləndirmənin nəticələri və təşkilatların reytinq sıralaması “TƏSDİQ” (www.gencler.az)  platformasında əks olunacaq və bu əsasda müvafiq protokollar tərtib ediləcək. Tələblərə əməl edilməməsi halında layihələrin keyfiyyətinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər görüləcək. Bu səbəblə qranta müraciət edən təşkilatların platformada qeydiyyatdan keçməsi tövsiyə edilir.


Büdcənin tərtibatına dair tələblər


Büdcənin tərtibi “Excel” formatda aparılmalı və məbləğ AZN-lə göstərilməlidir.
Büdcə tərtib edilən zaman real bazar qiyməti göstərilməlidir. 
Orta bazar qiyməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtimal olunan qiymətlərin hesablanması üsulları” ilə 6 üsuldan biri ilə həyata keçirilə bilər (maddə 2).


 
Aşağıdakı qrant alanların və ya layihələrin müsabiqədə iştirakına yol verilmir:


- Nazirliyin maliyyələşdirdiyi və icra müddəti bitməyən layihələrin icraçıları;


- Daha əvvəl keçirilən müsabiqələrin nəticələrinə görə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş eyni məzmunlu layihələr;


- Məzmunu Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları ilə ziddiyyət təşkil edən layihələr;


- Nazirliyin maliyyələşdirdiyi və icra müddəti bitmiş, lakin yeni müsabiqə çərçivəsində layihələrin qəbulu üçün müəyyən edilmiş son tarixə 15 (on beş) gün qalmış maliyyə hesabatlarını Nazirliyə təqdim etməmiş, Nazirliyə qarşı maliyyə öhdəliyi olan qrant alanlar;


- Siyasi, xeyriyyə, kommersiya və dini fəaliyyəti nəzərdə tutan layihələr Nazirlik tərəfindən maliyyələşdirilmir.

 

Müsabiqənin başlama tarixi:


Layihə təklifləri 27 noyabr 2025-ci il tarixindən başlayaraq təqdim edilə bilər.

Layihə təklifləri üçün son müraciət tarixi: 08 dekabr 2025-ci il, saat 12:00-dək müəyyən edilib.

 

Müsabiqədə iştirak etmək üçün təqdim olunan məlumatlar:


AZE01 - Ərizə forması;
AZE02 - Layihə təklifi;
AZE03 - Fəaliyyət planı;
AZE04 - Xərclər smetası;
AZE05 - Müşayiət məktubu;
AZE06 - Layihə təqdim edən gənclər təşkilatlarının müvafiq olaraq son 3 (üç) il ərzində fəaliyyəti, həyata keçirilən layihələr, habelə proqramlar barədə müvafiq olaraq maksimum 15 (on beş) informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd.

 

Qeyd: İlk 6 bənd üzrə sənədlərin elektron formada olan nümunələrini buraya klik:

 (https://drive.google.com/drive/folders/1J1ew7EvlkFuKlrsCBL3NdcAUGJwt4iDd?usp=share_link) edərək əldə edə bilərsiniz.

 


AZE07 - Dövlət qeydiyyatı haqqında şəhadətnamə;
AZE08 - Nizamnamə (təsdiq edilmiş sənədin bütün səhifələri);
AZE09 - Reyestrdən çıxarış;
AZE10 - VÖEN (sənədin hər iki üzü);
AZE11 - Gənclər təşkilatının bank rekvizitləri (Bankın möhür və imzası ilə);
AZE12 - Gənclər təşkilatının rəhbərinin şəxsiyyət vəsiqəsinin surəti (sənədin hər iki üzü);
AZE13 - Gənclər təşkilatının rəhbərinin CV-si;
AZE14 - Gənclər təşkilatının (və ya layihənin) mühasibinin CV-si və şəxsiyyət vəsiqəsi surəti;
AZE15 - Layihə rəhbərinin CV və şəxsiyyət vəsiqəsinin surəti;
AZE16 - Layihənin təqdimatı (Layihənin əsas məzmununu əks etdirən, maksimum 12 slayddan ibarət, PPT və ya PDF formatında)/

 

Ərizələrin qeydə alınmasından imtina üçün əsas səbəblər:


Tələb olunan sənədlər tam təqdim edilmədikdə;
Təqdim olunan sənədlərdə səlahiyyət müddəti bitdikdə.

 

Əlaqə üçün:


Qrant müsabiqəsi ilə bağlı sual yaranarsa, Gənclər və İdman Nazirliyinin “187” çağrı mərkəzinə (İctimai inkişaf sektoru ilə əlaqə üçün) və ya grants@mys.gov.az ünvanına müraciət edə bilərsiniz.
 

 




Baxış sayı: 155
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30