FACT-INFO.AZ » XƏBƏR » “Azərbaycanda multikulturalizm” biblioqrafiya kitabının təqdimatı
2-05-2017, 09:40 | XƏBƏR
“Azərbaycanda multikulturalizm” biblioqrafiya kitabının təqdimatı

Tədbirdə əvvəlcə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, professor Azad Məmmədov çıxış edərək Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq yenicə çapdan çıxmış nəşrin əhəmiyyətini vurğulayıb.

Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin aparıcı məsləhətçisi Rəvan Həsənov multikulturalizmin ölkəmizdə həyat tərzi olduğunu qeyd edərək multikulturalizmin elmi, siyasi və mədəni əsaslarından söz açıb. Rəvan Həsənov “Multikulturalizm İli”ndə Azərbaycanda həyata keçirilən böyükmiqyaslı layihələrin, görülən işlərin biblioqrafiyasının yer aldığı kitabı yüksək dəyərləndirib və nəşri ərsəyə gətirənlərə minnətdarlığını bildirib.

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov multikultural dəyərlərdən bəhs edən fundamental kitabın “Multikulturalizm İli”nin elan olunması kimi əlamətdar bir hadisəyə həsr olunduğunu bildirib. Milli Kitabxananın direktoru nəşrin ərsəyə gəlməsində əməyi olanlara- layihənin rəhbəri mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə, kitabın elmi redaktoru və “Ön söz” müəllifi akademik Kamal Abdullayev və digərlərinə minnətdarlığını ifadə edib.

Professor Kərim Tahirov bildirib ki, kitabın bir qədər gec təqdim olunmasının səbəbi “Multikulutralizm İli” ərzində görülən işlərin tam miqyası ilə əhatə olunmasını təmin etmək olub: “Biblioqrafik kitab beş hissədən ibarətdir. I hissə-Azərbaycançılıq ideologiyası-milli birliyin əsası kimi; II hissə- Milli-mədəni müxtəliflik, etnik qruplar-dili, mədəniyyəti və incəsənəti; III hissə-Tolerantlıq-Azərbaycanda dini azadlığın təmin edilməsi, IV hissə-Multikulturalizm Azərbaycanda həyat tərzidir və V hissə- Köməkçi göstəricilər. Mövzuya uyğun olaraq ədəbiyyat bir neçə bölmə və ayrı-ayrı hissələr daxilində yarımbölmə altında qruplaşdırılıb. Vəsaitdən istifadəni asanlaşdırmaq məqsədilə sonda Azərbaycan, rus və ingilis dillərində müəlliflərin əlifba göstəriciləri tərtib olunub.

Kitab tədqiqatçı alimlər, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub”.

Kitabın “Multikulturalizm Azərbaycanda həyat tərzi və dövlət siyasətidir” adlı “Ön söz”ündə akademik Kamal Abdullayev kitabı böyük bir mənəvi dövrün salnaməsi kimi dəyərləndirib: “İl ərzində ölkə ərazisində müvafiq mövzuya dair çap olunan bütün ədəbiyyatı və ilboyu keçirilən tədbirlər haqqında dövri mətbuat səhifələrində və məcmuələrdə dərc olunan bütün materialları əhatə etməklə mövzuya dair altı minə yaxın mənbəni özündə ehtiva edən bu fundamental biblioqrafiya kitabxana əməkdaşlarının gərgin əməyinin nəticəsidir. Vəsaitdə milli birliyimizin əsasını təşkil edən Ulu öndər Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyasından başlayaraq, ölkəmizdəki etnik qrupların tarixinə, mədəniyyətinə, incəsənətinə, həmçinin nəzəri və praktik baxımdan tolerantlığa və multikulturalizmə aid külli miqdarda ədəbiyyat öz əksini tapıb. Əslində, bu böyük bir mənəvi dövrün salnaməsidir desək səhv etmərik”.

Təqdimat mərasimində Mixail Zabelin, AMEA-nın Folklor İnstitutunun direktoru Muxtar İmanov, AMEA-nın Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu, professor İmamverdi Həmidov, AMEA-nın Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə, Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi keşiş Mefodiy, Alban –Udi Xristian icmasının sədri Robert Mobili sözügedən biblioqrafik nəşri yüksək qiymətləndirərək illər sonra da bu nəşrin elmi işçilərə, mütəxəssislərə, istənilən oxucuya “Multikulturalizm İli”ndə görülən işlərlə tanış olmaqda, bu mövzuları yaxından öyrənməkdə kömək edəcəyini bildiriblər.

 

 

 




Baxış sayı: 1 547
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30