Bakıda Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə "Kibertəhlükəsizlik sahəsində süni intellekt" mövzusunda iki günlük beynəlxalq seminar keçirilib.
Fact-info.az xəbər verir ki, seminarın məqsədi NATO-nun müvafiq strukturları, mükəmməlik mərkəzləri, eləcə də Alyansın üzv və tərəfdaş dövlətlərindən olan mütəxəssislərin iştirakı ilə ölkəmizin aidiyyəti qurumlarının nümayəndələrinin kibertəhlükəsizlik sahəsində süni intellekt və əlaqədar məsələlər barədə məlumatlılığının artırılması olub.
Tədbir çərçivəsində rəqəmsal infrastrukturunun təhlükəsizliyinin təmin edilməsində süni intellektin rolu, süni intellektdən müdafiə və hücum məqsədli istifadəyə trendlər, habelə süni intellektin zərərli proqramlar və informasiya əməliyyatları da daxil omaqla geniş spektrli kiber təhlükələrin qarşısının alınmasında əhəmiyyəti və s. kimi mövzular ətrafında müzakirələr aparılıb.
Baxış sayı: 285
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
