FACT-INFO.AZ » AKTUAL » Cənubi Qafqazda müharibəni yenidən qızışdırmaq cəhdləri əbəsdir
25-11-2025, 13:30 | AKTUAL
Cənubi Qafqazda müharibəni yenidən qızışdırmaq cəhdləri əbəsdir

“Exo Moskvı” radiosunun keçmiş baş redaktoru Aleksey Venediktov İrəvanda “CivilNet” kanalına müsahibəsində Ermənistanla Azərbaycan arasında müharibənin bitmədiyini bildirib. Təbii ki, Aleksey Venediktov kimlərinsə sözünü çatdırır. 


Aydın məsələdir ki, Qarabağ məsələsi Rusiyanın Cənubi Qafqaza hər zaman təzyiq vasitəsi olub. Ordumuzun gücü ilə  işğal olunmuş torpaqlarımızı azad etdikdən, butün ərazilərdə tam suverenliyin bərpasına nail olduqdan sonra davamlı sülh üçün əlverişli şərait yaranıb. Sülh prosesinin uğurla başa çatması üçün ciddi addımlar atılır. Məhz belə məqamda Rusiyadakı şovinist təfəkkürlülər düşünür ki, Ermənistanla Azərbaycan arasında müharibə bitməyib. Əslində bu rusbaş öz başı ilə fikirləşmir. Görünür, Moskva Azərbaycanın tarixi qələbəsini qəbul edə bilmir və belə zatıqırıqların dilə  mesaj ötürür. Ümumiyyətlə, Rusiyanın Azərbaycana təzyiq imkanları məhduddur. Rusiyanın müxtəlif şəhərlərində çalışan azərbaycanlılara, diaspor nümayəndələrinə qarşı təzyiqlər, vəhşiliklər törədildi, soydaşlarımız qətlə yetirildi.  Rusiyada çalışıb həmin ölkənin iqtisadiyyatına, əhalinin rifahına dəstək olan insanlara qarşı belə münasibətin kökündə Azərbaycana qarşı təzyiq elementi dayanır.   Görünən odur ki, bu ölkə törətdiyi heç bir faciəyə, qan donduran hərəkətlərə görə heç zaman məsuliyyət hiss etməyib.

 

Cənubi Qafqazın digər bir ölkəsinə diqqət yetirək. 2026-cı ilə parlament seçkisini nəzərə alsaq Moskvanın Ermənistana təzyiq imkanları daha çoxdur. Görünən odur ki, Rusiya Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün bütün resurslarını dəfələrlə işə salsa da, nəticəsi olmayıb. 

Rusiyanın Cənubi Qafqazda son dayaq nöqtəsi sayıla biləcək Ermənistan da  öz orbitindən uzaqlaşır. N.Paşinyan dərk edir ki,  öz ölkəsinin inkişafı  yalnız Azərbaycanla və Türkiyə ilə normal əməkdaşlıqdan keçir.  Cənubi Qafqazı itirmək qorxusu isə Şimal qonşumuzu təşvişə salıb.

Görünən odur ki, Ukrayna cəbhəsində böyük itkilərlə üzləşməsinə baxmayaraq, bu gündə Rusiya imperiya xülyası ilə yaşayır və o qorxulu tendensiyanı həyata keçirmək üçün ən qəddar addımlar atır. Amma xalqları, millətləri əzib bir tavan altında bundan sonra saxlamaq mümkünsüzdür. Anti-Azərbaycan ritorikasını genişləndirir, postsovet məkanında bütün təzyiq rıçaqlarını işə salır. Real vəziyyəti təhlil etdikdə bu qənaətə gəlmək olar ki, bütün bunlar əbəsdir.

 

Əkrəm Bəydəmirli




Baxış sayı: 230
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30