FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Xalq şairi Sabir Rüstəmxanlı: Dilimizin saflığı millətin mənəvi sağlamlığıdır
25-11-2025, 10:00 | MƏDƏNİYYƏT
Xalq şairi Sabir Rüstəmxanlı: Dilimizin saflığı millətin mənəvi sağlamlığıdır

Dil də mənəvi ekologiyadır. Necə ki, havanın, dünyanın atmosferinin təmizliyi qorunur, eləcə də dilin təmizliyi qorunmalıdır. Dil də əgər çirklənsə, saflığı qorunmazsa, o da öz “sağlamlığını”, yaşamaq gücünü, yaşamaq qabiliyyətini itirər. Məsələ bu qədər bəsit və sadədir.

Fact-info.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Xalq şairi Sabir Rüstəmxanlı deyib.

“Hər bir dilin öz qanunauyğunluğu var. Hər millətin dili onun tarixinin, keçmişinin və bugünkü yaşam tərzinin ümumi bir parçası kimi yaranıb və elə həmin şəkildə də qorunmalıdır”, - deyə şair qeyd edib.

Onun sözlərinə görə, hər bir vətəndaş dilin qorunmasına məsuliyyətlə yanaşmalıdır. Şair xatırladır ki, ziyalılar, ədəbiyyat adamları, dilçilər və yazıçılar on illərlə, hətta əsrlər boyu Azərbaycan türkcəsinin təmizlənməsi, saflaşması və eyni zamanda, zənginləşməsi istiqamətində fikir söyləyib, işlər görüblər və buna davam etdirirlər.

Onun fikrincə, dilin zənginləşməsi təbii proses kimi getməlidir. Bu gün dünya ölkələri arasında münasibətlər sıxlaşıb, texnologiyada, sənayedə inteqrasiya, qarşılıqlı zənginləşmə necə gedirsə, dillərdə də buna bənzər proses gedir.

“Bu prosesdə üstünlük ilk növbədə eyni kökdən gələn türk dillərinə verilməlidir. Qohum dillərin bir-birini zənginləşdirməsi daha sağlam və təbii yoldur. Kənar dillərdən daxil olan sözlərə isə mümkün qədər Azərbaycan dilində qarşılıq tapılmalı, dilin öz imkanlarına üstünlük verilməlidir”, - deyə Sabir Rüstəmxanlı vurğulayıb.

O bildirib ki, Azərbaycan dilinin imkanları kifayət qədər genişdir, sadəcə, bu imkanları görmək və işlətmək üçün tənbəllik etməmək lazımdır: “Öz dilimizin imkanları sonsuzdur. Məsələn, təhsil qanununda “tələbə yurdu”, “öyrənci evi” kimi ifadələrin yerinə “kamp” sözünün yazılmasını, eləcə də “məsafədən, kənardan, uzaqdan təhsil” kimi ifadələr mümkün olduğu halda “distant təhsil” işlədilməsi dil tənbəlliyi və vərdiş olunmuş bir yanlışlıqdır”.

Şair bildirib ki, dilimizdə bu kimi anlayışların bir neçə gözəl, təbii qarşılığı var ikən yad sözlərə üz tutmaq doğru deyil: “Bu artıq dil tənbəlliyidir: öz sözümüzü kənara qoyub, dəb xatirinə, guya özümüzü “müasir” göstərmək üçün yad sözə qaçmaq. Bəzən də bu hal qanun yaradıcılığı ilə məşğul olan, lakin öz dilini yaxşı bilməyən insanların naşılığından qaynaqlanır. Nəticədə çoxlu qüsurlar yaranır və bu da dilin çirklənməsinə gətirib çıxarır. Bunun qarşısı mütləq alınmalıdır”.

Xalq şairi xatırladır ki, onun bütün yaradıcılığı dilimizin saflığı və sağlamlığı uğrunda mübarizədə keçib: “Sağ ol, Ana dilim!” adlı bir kitabım var. O kitabı yazanda Bakıda rəsmi dairələrdə, tribunalarda Azərbaycan dilində danışıq, çıxış demək olar ki, yox idi. Dil daha çox dar, məhdud məişət səviyyəsində işləyirdi. Ömrüm boyu dil uğrunda mübarizə mənim əsas işlərimdən biri olub, bu mövzuda onlarla məqaləm, çıxışım var”.

Şairə görə, ədəbiyyat sahəsində dilin qorunması ilə bağlı kəskin problem yoxdur. O, daha çox çətinliyin tərcümə prosesində yarandığını bildirir. Çünki xarici dillərdən Azərbaycan dilinə edilən tərcümələrdə həm məzmunun, həm də üslubun qorunması, eyni zamanda, doğma dilin daxili ahənginə uyğunlaşdırılması peşəkarlıq, istedad və böyük məsuliyyət tələb edir. Lakin peşəkar tərcüməçilər çox zaman bu çətinliklərin öhdəsindən məhz öz bacarıqları hesabına gəlirlər və nəticədə dilimiz də yeni ifadə imkanları qazanır.

Xalq şairi problemlərdən birini də son illərdə yazılan kitabların, çap mediasının rayonlara, kəndlərə kifayət qədər gedib çıxmamasında görür: Müasir ədəbiyyatın əsasən böyük şəhərlərdə və mərkəzi dairələrdə yayılması və az tirajla çap olunması, Azərbaycan ədəbi dilində gedən müsbət proseslərin regionlara zəif şəkildə sirayət etməsi, bunun fonunda da televiziya kanallarında yayılan bayağı, bədii-estetik dəyəri aşağı olan danışıq tərzinin bütün ölkə üzrə sürətlə yayılması və gənc nəslin düşüncə tərzinə ciddi təsir göstərməsi.

Sabir Rüstəmxanlının sözlərinə görə, bu vəziyyətdən çıxış yolu yüksəksəviyyəli bədii əsərlərin geniş şəkildə yayılması, daha çox oxunması, xüsusilə də bölgələrə çatdırılmasıdır. Bakıda nəşr olunan çoxsaylı tərcümə və orijinal kitabların bölgələrdəki oxuculara da əlçatan olması vacibdir. Ciddi ədəbiyyatın, yüksəksəviyyəli dil nümunələrinin toplumda daha geniş yayılması ilə dilin saflığını qorumaq, dil mədəniyyətində yaranan disbalansı müəyyən qədər aradan qaldırmaq mümkündür.




Baxış sayı: 95
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30