Ukrayna ilə ABŞ rəsmiləri arasında Cenevrədə aparılan danışıqların nəticəsində sülh planı dəyişdirilib. Sənəddən bir neçə bənd çıxarılıb. Fact-info.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksandr Bevzın “Facebook” hesabında bildirib. O, qeyd edib ki, Cenevrədə ABŞ rəsmiləri ilə danışıqlar çox konstruktiv olub. Ukrayna təklif olunan sülh planının hər bir bəndini müzakirə edə bilib.
“Hamı gördüyü, 28 bənddən ibarət plan artıq mövcud deyil. Bəzi bəndlər çıxarıldı, digərləri dəyişdirildi. Ukrayna tərəfindən verilən heç bir irad cavabsız qalmadı”, - deyə Prezident Ofisi rəhbərinin müşaviri bildirib.
Onun sözlərinə görə, ən problemli məsələlər üzrə son qərarları Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp verəcək.
A.Bevz həmçinin diqqət çəkib ki, konspirologiya reallıqdan dəfələrlə daha çox olub.
Xatırladaq ki, Qərb mediası hələ ötən həftə ABŞ-ın sülh planı haqqında məlumat yaymağa başlayıb. Nüfuzlu nəşrlər planın 28 bənddən ibarət olduğunu və bunların bəzilərinin Ukrayna üçün qəbuledilməz olduğunu qeyd edib.
Sənəddə Donetsk və Luqansk vilayətlərinin Rusiyanın tam nəzarəti altına keçəcəyi nəzərdə tutulurdu. Eyni zamanda, Ukrayna ordusunun sayına məhdudiyyət qoyuldu – 600 min nəfərə qədər.
Bu fonda Ukrayna rəsmiləri sülh planını tənzimləmək üçün Cenevrədə amerikalı həmkarları ilə görüşüblər.
Baxış sayı: 170
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
