Özbəkistan QHT-ləri ilə birgə qrant müsabiqələrinin icrası üçün hazırlıqlar gedir.
Fact-info.az APA-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva noyabrın 24-də Bakıda keçirilən Türk Dövlətlər Təşkilatına üzv ölkələrin QHT-lərinin həmrəylik forumunda bildirib.
O, Zəngəzur dəhlizinin türk dünyası üçün canlı körpü rolu oynayacağını qeyd edib və tarixi Qarabağ zəfərinin bütün türk dünyasının qələbəsi olduğunu vurğulayıb.
Aygün Əliyeva Azərbaycan-Özbəkistan QHT-lərinin əməkdaşlığı çərçivəsində görülən işlər barədə danışıb və bu gün keçiriləcək Azərbaycan-Qazaxıstan QHT-lərinin birinci forumunun ölkəmizin digər türk dövlətlərinin QHT-ləri ilə də əlaqələrinin gücləndirilməsi üçün bir fürsət olacağını əlavə edib.
Toğrul Quluzadə
Baxış sayı: 185
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
