Beynəlxalq Diaspor Mərkəzi (BDM), Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİM-DER) və millət vəkili Mahir Abbaszadənin təşkilatçılığı ilə Azərbaycan xalqının qəhrəman oğlu Soltan bəy Paşabəyoğlunun Qars şəhərində xatirə lövhəsinin açılış mərasimi keçirilib.
Fact-info..az-a daxil olan məlumata görə, Qarsın Köçköy məzarlığında keçirilən tədbir şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi və hər iki ölkənin Dövlət Himnlərinin səslənməsi ilə başlayıb.
Mərasimi giriş sözü ilə açan BDM sədri İsmayıl Ağayev tarixi şəxsiyyətin həyat və mübarizə yolu haqqında iştirakçılara geniş məlumat verib. O, çıxışında on ilə yaxındır Soltan bəyin xatirəsinin əbədiləşdirilməsi istiqamətində BDM-in həyata keçirdiyi fəaliyyətin bu gün müsbət nəticə verməsinin sevindirici hal olduğunu bildirib. Soltan bəyin erməni daşnak silahlı qruplarına qarşı apardığı mübarizənin tariximizdə xüsusi yerinin olduğunu qeyd edərək, bugünkü gəncliyimiz üçün məhz onun kimi şəxsiyyətlərin örnək göstərilməsinin vacibliyini vurğulayıb. İ. Ağayev çıxışında Avropa Şurasını Türkiyəyə qarşı ədalətsiz qərarlarına son qoymağa, işğalçı Ermənistana təziqlərin artırılmasına səsləyib.
Baxış sayı: 1 594
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

