FACT-INFO.AZ » AKTUAL » Şəhid Rəhim Alışovun xatirə mərasimi keçirildi
23-11-2025, 09:30 | AKTUAL
Şəhid Rəhim Alışovun xatirə mərasimi keçirildi
1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımından sonra onlarla, bəlkə də yüzlərlə vətənpərvər eloğlumuz könüllü surətdə yenicə bərpa edilən Azərbaycan Ordusu sıralarına daxil oldu. Onların arasında İmişli rayonu Bəhramtəpə qəsəbəsinin cəsur oğulları - Rəhim və Mürsəl Havar oğlu Alışov qardaşları da vardı. Hər iki qardaş Qubadlı və Laçın rayonlarının müdafiəsində dayandı. Rəhim və Mürsəl Alışovların gözlərində qorxu yox idi. Qısa müddətdə Rəhim bəy manqa komandiri təyin edildi. Rəhim Alışov tabeçiliyində olan şəxslərin asudə vaxtının düzgün təşkili üçün əllərindən gələni əsirgəmirdi. O, 1992 -ci il oktyabrın 18-də tabeçiliyində olan sıravi əsgəri ölümün caynağından xilas etdi, özü isə ağır yaralandı. Döyüşçü dostu Vahid Qasımov ağır yaralanmış Rəhim Alışovu təhlükəli bölgədən çıxardı. Təəssüflər olsun ki, Rəhim Alışovu xilas etmək mümkün olmadı. Rəhim bəy Hospitalda şəhidlik zirvəsinə yüksəldi. Onun 3 azyaşlı övladı atasız böyüdü.
İndi o günlərdən bizi 33 illik zaman kəsiyi ayırır. İmişli rayon İcra Hakimiyyəti, İmişli rayon Mədəniyyət Mərkəzi və "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin birgə təşkilatçılığı ilə "Döyüş tarixdə əbədi qalacaq!"  adlı tədbir keçirildi. Şəhid Rəhim Alışovun xatirəsinə həsr edilən tədbiri "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin həmtəsisçisi, jurnalist Şamil Sabiroğlu açdı. Azərbaycanın Dövlət Himni səsləndirildi, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Rəhim Alışovun ömür - yolu barədə videoçarx nümayiş etdirildi.
İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev tədbir iştirakçılarını salamladı. Möhtəşəm tədbir üçün "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin qurucusu Şamil Sabiroğluya və İmişli rayon Mədəniyyət Mərkəzinin Direktoru Sərvər Şirinova rayon rəhbərliyi adından öz təşəkkürünü bildirdi. Rəhim Alışovun döyüşçü dostları - ehtiyatda olan polkovnik, müharibə veteranı Tahir Əliyev, ehtiyatda olan mayor, qazi Muxtar Həşimov, Vahid Qasımov, idmanın cüdo və qaydasız döyüş növləri üzrə dəfələrlə Azərbaycan, Avropa və Rusiya çempionu, müharibə veteranı Azad Məmmədov, İmişli rayonunun ağsaqqallarından biri - Məşhədi Çingiz İbrahimov, Azərbaycan Radiosunun əməkdaşı, şair Ötərxan Eltac, əsgər anası Aynurə Rüstəmova və başqaları şəhid Rəhim Alışov və onun qardaşı, hazırda haqq dünyasında olan Mürsəl Alışovun şərəfli ömür yolundan bəhs etdilər.
İmişli rayon Mədəniyyət Mərkəzinin direktoru, bədii qiraət ustası Sərvər Şirinovun rəhbərliyi altında maraqlı kompozisiya nümayiş etdirildi. Bədii qiraət ustası Şirzad PirAllahi, şəhid Rəhim Alışovun nəvəsi Fatimə Manafova maraqlı şeir parçaları ilə çıxış etdilər.
Daha sonra I və II Vətən savaşı zamanı şəhid olmuş İmişli rayon sakinlərinin ailə üzvlərindən bir qrupu səhnəyə dəvət edildi. Sərvər Şirinov və Tünzalə Qasımovanın ifasında "Cənab leytenant" mahnısını, Şakir Quliyev isə "Küdrü qartalları" mahnısını ifa etdilər. 
Şəhid Rəhim Alışovun bacısı Bənövşə Paşayeva "Döyüş tarixdə əbədi qalacaq!" adlı tədbirin təşkilatçılarına və iştirakçılarına ailə üzvləri adından öz minnətdarlığını bildirdi.
Şamilə Şamil qızı



Baxış sayı: 280
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30