FACT-INFO.AZ » XƏBƏR » "Zəngəzur Dəhlizi Türk dünyasının gələcəyi üçün xüsusi əhəmiyyət kəsb edir" - Binəli Yıldırım
22-11-2025, 17:00 | XƏBƏR
"Zəngəzur Dəhlizi Türk dünyasının gələcəyi üçün xüsusi əhəmiyyət kəsb edir" - Binəli Yıldırım

"Zəngəzur Dəhlizi Orta Dəhlizin tərkib hissəsi olaraq, Türk dünyasının inkişafına verilən töhfənin mühüm amilidir".

Fact-info.az xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının rəhbəri Binəli Yıldırım Türkiyənin Səlcuq Universitetində keçirilən simpoziumda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında marşrutun açılması Türk dünyasının potensialını daha da açacaq, onun resursları və sərvətləri türk xalqlarının rifahı naminə istifadə ediləcək. “Zəngəzur Dəhlizi Türk dünyasının gələcəyi üçün xüsusi əhəmiyyət kəsb edir”, - deyə Binəli Yıldırım bildirib.

O, TDT ölkələri arasındakı ticarət göstəricilərinə toxunaraq bildirib ki, hazırda türk dövlətləri arasında 1,1 trilyon dollarlıq ümumi xarici ticarət dövriyyəsinə baxmayaraq, bunun cəmi 70 milyard dolları qarşılıqlı ticarətin payına düşür.

TDT Ağsaqqallar Şurasının rəhbəri, həmçinin 34 hərfdən ibarət ortaq türk əlifbasının tam istifadəsinin zəruriliyini də qeyd edib. “Ortaq türk əlifbası ilə bağlı iş məqamları razılaşdırılıb. Bu gün bu əlifbanın faktiki olaraq tətbiqi vacibdir. Hər şey ayrı-ayrı ölkələrin siyasi iradəsindən və onu tətbiq etmək səyindən asılıdır. Buna vaxt lazımdır”, - deyən B.Yıldırım yeni əlifba sayəsində TDT ölkələri sakinlərinin istənilən türk dilində oxuya biləcəyini qeyd edib.

TDT Ağsaqqallar Şurasının rəhbəri, eyni zamanda, Türk dünyasının ortaq tarixi üzrə dərsliklərin hazırlanması, gömrük prosedurlarının sadələşdirilməsi və infrastrukturun inkişafı kimi məsələləri də türk dövlətlərinin inteqrasiyasının gündəmində duran vacib məsələlər kimi diqqətə çatdırıb. 




Baxış sayı: 115
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30