FACT-INFO.AZ » SİYASƏT » Qırğız eksperti: Azərbaycan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələndirici halqaya çevriləcək
22-11-2025, 10:30 | SİYASƏT
Qırğız eksperti: Azərbaycan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələndirici halqaya çevriləcək

Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının məsləhətləşmə görüşləri formatına qoşulması mühüm strateji əhəmiyyət kəsb edir.

Bunu AZƏRTAC-ın “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında qırğız politoloq və iqtisadçı İsgəndər Şarşeyev bildirib.

Onun sözlərinə görə, region ölkələri ortaq tarix, dil və mədəniyyətlə sıx şəkildə bağlıdır ki, bu da əməkdaşlığın daha da dərinləşdirilməsini asanlaşdırır. “Qlobal geosiyasətin dəyişdiyi, dəniz yollarında problemlərin artdığı və quru marşrutlara tələbatın yüksəldiyi bir şəraitdə yenidən canlanan İpək Yolunun əhəmiyyəti sürətlə artır. Çindən Avropaya uzanan, formalaşmaqda olan nəqliyyat dəhlizi bu gün yenidən dünya logistikasının əsas istiqamətlərindən birinə çevrilir”, – deyə ekspert vurğulayıb.

İ. Şarşeyev, həmçinin qeyd edib ki, bu prosesdə Azərbaycanın rolu son dərəcə vacibdir. Əsas Trans-Xəzər marşrutu məhz onun ərazisindən keçir və bu, Mərkəzi Asiya ölkələrinə Avropa bazarlarına çıxış imkanı yaradır, ticarətin inkişafına, ərzaq və iqtisadi təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir, eləcə də nəqliyyat istiqamətlərinin məhdud sayından asılılığı azaldır.

Onun fikrincə, görüşlərin formatının “altılıq” səviyyəsinə qədər genişlənməsi regionun təsir imkanlarını artırır və təhlükəsizlik sahəsində koordinasiyadan tutmuş vahid ticarət məkanının formalaşmasına qədər daha dərin inteqrasiyaya gətirib çıxara bilər.

Uzunmüddətli perspektivdə isə o, hesab edir ki, Avropa İttifaqı prinsipinə bənzər, regionlararası birliyin yaranması mümkündür ki, burada da Azərbaycan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələndirici halqaya çevriləcək.




Baxış sayı: 145
Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar Bu gün, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir Bu gün, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub Bu gün, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub Dünən, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib Dünən, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence Dünən, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib Dünən, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır Dünən, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub Dünən, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib Dünən, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb Dünən, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir Dünən, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031