FACT-INFO.AZ » XƏBƏR » Rəqəmsal iqtisadiyyat və innovasiya fondunun yaradılması təklif olunub
19-11-2025, 17:00 | XƏBƏR / İQTİSADİYYAT
Rəqəmsal iqtisadiyyat və innovasiya fondunun yaradılması təklif olunub

Rəqəmsal iqtisadiyyat və innovasiya fondunun yaradılması təklif olunub.

Fact-info.az xəbər verir ki, belə təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Mirkişili çıxış edib.

Deputat hesab edir ki, elm və rəqəmsallaşma sahələri üçün dövlət və özəl kapitalın birgə “Texnoİnnovasiya Fondu” yaratması startap ekosisteminə və universitet tədqiqatlarına birbaşa maliyyə dəstəyinin verilməsi imkanlarını xeyli artıra bilər: “Prezident İlham Əliyevin Elmlər Akademiyasında çıxışı zamanı elm və texnologiyalar üçün müəyyən etdiyi hədəflərin maliyyə imkanlarının yaradılmasına da bu addım həmçinin, xeyli faydall ola bilər”.

Tahir Mirkişili qeyri-neft gəlirlərinin artırılması üçün məhsuldarlığa əsaslanan vergi siyasətinin həyata keçirilməsini də vacib sayıb: “ƏDV və mənfəət vergisində güzəştlərin əsasən məhsuldarlıq, ixrac və məşğulluq göstəricilərinə bağlı olması daha faydalı ola bilər. Güzəşt alan müəssisələrin illik “performans hesabatı” təqdim etməsi bu güzəştlərin qiymətləndirilməsində əvəzziz rol oynaya bilər. Nümunə üçün deyim ki, Nazirlər Kabinetinin daxili istehsalda istifadə edilən 272 adda xammal və aralıq malların idxalına tətbiq olunan gömrük rüsumlarının 2024-cü il 1 yanvar tarixindən 7 il müddətinə “0” dərəcəyə endirilməsi haqqında qərarı ixraca öz müsbət nəticələrini verməyə başlayıb. Düşünürəm ki, hər 3 ildən bir “Güzəşt Effektivliyi Sənədi”nin tərtib olunması, müəyyən edilmiş səmərəsiz güzəştlərin mərhələli şəkildə ləğv edilməsi şəffaflığın artırılması və vergi bazasının genişləndirilməsi baxımından xeyli faydalı ola bilər”.




Baxış sayı: 105
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30