“Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi” təsdiq edilib. Fact-info.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Nümunəvi Əsasnamənin tələbləri nəzərə alınmaqla, mərkəzi icra hakimiyyəti orqanlarının əsasnamələrinin təkmilləşdirilməsinə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir. Eyni zamanda, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Sənədə əsasən, “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 363 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 80 (Cild I); 2025, № 2, maddə 129) ləğv edilir.
Baxış sayı: 135
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
