Braziliyanın Belen şəhərində keçirilən COP30 çərçivəsində Qlobal İqlim Fəaliyyəti (Global Climate Action) zonasının rəsmi açılışı olub.
Tədbir tərəfdaşları və müxtəlif ölkə nümayəndələrini bir araya gətirərək, iqlim fəaliyyəti üzrə görülən işləri dəyərləndirmək və qarşıdakı mərhələlər üçün yeni öhdəlikləri formalaşdırmaq imkanı yaradıb.
Açılış mərasimində “Qlobal İqlim Fəaliyyəti üzrə 2025-ci il İlliyi” (2025 Yearbook of Global Climate Action) təqdim edilib. İllik hesabat son on ildə həyata keçirilən layihələri və birgə fəaliyyət nəticəsində əldə olunan nailiyyətləri əks etdirir.
Günün əsas mövzularından biri dayanıqlılıq olub. “Race to Resilience” təşəbbüsünün tərəfdaşları icmaların iqlim risklərinə qarşı daha təhlükəsiz və davamlı olmasına yönələn təcrübələri bölüşüblər. Bərpaolunan enerji və enerji səmərəliliyi mövzusundakı müzakirələrdə mövcud texnologiyaların miqyasının genişləndirilməsinin vacibliyi vurğulanıb.
Şəhərləşmə üzrə nazirlər görüşündə elmi yanaşmaların şəhərlərin insanların rifahı və planetin qorunması naminə necə formalaşdırıla biləcəyi müzakirə edilib.
Bununla yanaşı, Süni İntellekt üzrə İqlim İnstitutunun (AI Climate Institute) təqdimatı keçirilib. Yeni institutun fəaliyyəti süni intellekt texnologiyalarından iqlim dəyişmələri ilə mübarizədə səmərəli şəkildə istifadəni təşviq etməyi hədəfləyir.
Tədbirlərdə Milli Məclisin deputatı, COP29-un iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai iştirak edib.
Baxış sayı: 135
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
