Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.
Bu barədə Fact-info.az-a Müdafiə Nazirliyindən bildirilib.
Tədbirlərdə hərbi qulluqçular şəhidlər xiyabanlarını ziyarət edərək Vətən uğrunda canından keçmiş igid döyüşçülərimizin məzarları üzərinə güllər düzüb, xatirələrini hörmət və ehtiramla yad ediblər.
Mərasimlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, həmçinin ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan vətəndaşlarımızın xatirələrinə bir dəqiqəlik sükut elan edilib, hərbi orkestrlərin müşayiəti ilə Azərbaycanın Dövlət Himni səsləndirilib.
Silsilə tədbirlərdə Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində qazandığı tarixi qələbənin əhəmiyyətindən, qələbənin qazanılmasında xalqımızın rolundan, igid oğullarımızın şücaətlərindən danışılıb, şəhidlərimizin xatirəsinin daim uca tutulacağı vurğulanıb. Şanlı qələbəmizdən keçən beş il ərzində işğaldan azad edilmiş torpaqlarımızda görülmüş abadlıq və quruculuq işlərindən geniş söhbət açılıb.
Şəxsi heyətə Zəfər və döyüş ruhunun təbliği, Vətənə və dövlətə sədaqət düşüncələrinin, eləcə də milli-mənəvi dəyərlərin aşılanması məqsədilə dəyirmi masalar keçirilib, keçirilmiş döyüş əməliyyatları haqqında ətraflı məlumat verilib.
Vətən müharibəsinə dair sənədli filmlər və videoçarxların nümayişi, hərbi orkestrlərin, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, həmçinin mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri musiqi nömrələri, ədəbi-bədii kompozisiyalar, mədəni-kütləvi və digər tədbirlər şəxsi heyət tərəfindən maraqla qarşılanıb.
Tədbirlərin sonunda yüksək döyüş hazırlığı və nizam-intizamı ilə xidmətdə fərqlənən hərbi qulluqçular fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Baxış sayı: 90
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
