Azad edilmiş ərazilərdə 20 yaşayış məntəqəsi üzrə layihələndirmə işləri yekun mərhələdədir. Fact-info.az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Ramil Cahangirov jurnalistlərə açıqlamasında deyib.
“Ötən müddət ərzində azad edilmiş ərazilərin Ümumi planı, 8 şəhərin Baş planı, habelə Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin Baş planları hazırlanmaqdadır. Eyni zamanda, 90-dan çox kənd və qəsəbənin layihə sənədləri təsdiq edilib, 20 yaşayış məntəqəsi üzrə layihələndirmə işləri isə yekun mərhələdədir. Layihələrə əsasən, həmin məkanlarda yeni yaşayış kompleksləri, təhsil və səhiyyə müəssisələri, ictimai-iaşə obyektləri, muzey və mədəniyyət mərkəzləri tikilir, yol-küçə şəbəkələri, turizm və rekreasiya zonaları və sənaye parkları salınır, enerjiyə qənaət edən tikinti və “ağıllı” infrastruktur həlləri tətbiq olunur”, - deyə R.Cahangirov qeyd edib.
Şöbə müdiri bildirib ki, həmin ərazilərdə bu günədək 10 rayonun 30 yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlərin qayıdışı baş tutub. Ümumilikdə azad edilmiş torpaqlarda 60 minə yaxın şəxs yaşayır, işləyir və təhsil alır.
Baxış sayı: 105
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
