Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası İmişlidə şəhid Amil Səfərlinin anım günündə “44 gün – Tarixi zəfər” adlı kitabın 3 cildinin təqdimatını keçirib.
Təqdimat mərasimində Mədəniyyət Nazirliyinin, rayon icra hakimiyyətinin nümayəndələri, şəhid ailələri, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi anılıb. Sonra mədəniyyət işçilərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.
Çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən üzərində qazandığı Qələbədən danışıblar. Bildirilib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərin xatirəsi yaddaşlara əbədi həkk olunub.
Daha sonra “44 gün – Tarixi zəfər” adlı kitabın 3 cildinin təqdimatı olub. Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədova bildirib ki, kitablarda Vətən uğrunda şəhid olmuş şəxslər haqqında ensiklopedik məlumatlar yer alıb, onların adları və xatirələri əbədiləşdirilib.
Xatirə Kitabı Redaksiyası İkinci Dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli qəhrəmanlarımız, torpaqlarımızın azadlığı uğrunda şücaət göstərmiş şəxslər haqqında materiallar toplayaraq, ayrı-ayrı kitablar dərc edir. Respublika Xatirə Kitabının indiyədək iyirmiyə yaxın cildi çap olunub. Redaksiya 2017-ci ildə Dövlət Təhlükəsizlik Xidməti nəzdində fəaliyyət göstərən “Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”nın işçi qrupu ilə birgə torpaqlarımızın işğalı zamanı əsir və girov götürülmüş, həmçinin naməlum şəraitdə itkin düşmüş hərbçi və mülki şəxslərin sonrakı talelərini araşdırıb və dörd cilddən (iki dildə) ibarət kitab hazırlanıb.
Baxış sayı: 175
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
