FACT-INFO.AZ » QHT » QHT-lər “Qərbi Azərbaycana qayıdış” mövzusunda fəaliyyətini gücləndirir
6-11-2025, 16:30 | QHT
QHT-lər “Qərbi Azərbaycana qayıdış” mövzusunda fəaliyyətini gücləndirir
2025-ci il noyabrın 6-da QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “Qərbi Azərbaycana qayıdış” mövzusunda ictimai müzakirə təşkil edilib.
Əvvəlcə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, Konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Toplantının moderatoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri, professor Fuad Məmmədov qarşıdan gələn Zəfər Günü və Dövlət Bayrağı Günü, o cümlədən Konstitusiya Günü münasibətilə iştirakçıları təbrik edib. F.Məmmədov bildirib ki, AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda Prezident İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycan QHT-ləri qarşısında da yeni çağırışlar və vəzifələr müəyyən edir: “Post-münaqişə dövründə də Ermənistandakı bəzi qüvvələrin, erməni diasporunun Azərbaycan tarixini saxtalaşdırmaq cəhdlərini davam etdirməsi müşahidə edilir. Bu riyakarlıq bizdən daha ayıq-sayıq olmağı, arxayınlaşmamağı tələb edir. Azərbaycan QHT-ləri Qərbi Azərbaycan istiqamətində fəaliyyətini daha da gücləndirməlidir. Azərbaycanlıların indiki Ermənistana sülh şəraitində dinc yolla qayıdışı təməl insan hüquqları məsələsidir. Prezident İlham Əliyev vurğuladığı kimi, bu, Ermənistan xalqını və dövlətini qorxutmamalıdır. Sirr deyil ki, Azərbaycan mədəniyyətinin coğrafiyası xeyli genişdir, lakin heç zaman azərbaycanlılar separatçılıqla məşğul olmayıb, əksinə, yaşadıqları ölkələrin tərəqqisinə böyük töhfələr veriblər”.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Qərbi Azərbaycan mövzusunda QHT layihələrinin keyfiyyət və kəmiyyət göstəricilərinin getdikcə yüksəldiyini açıqlayıb: “Əgər 2022-ci ildə bu istiqamət üzrə Agentlik xətti ilə 24 layihə maliyyələşdirilmişdisə, 2025-ci ildə belə layihələrin sayı 51-ə çatıb. Bu, rekord göstəricidir. 2023-2025-ci illərdə QHT-lər bu layihələr çərçivəsində 50-ə yaxın konfrans, təqdimat, görüş, sərgi və ictimai dinləmələr keçirib, 25 kitab buraxıb, 11 sənədli film ərsəyə gətirib, 21 videoçarx hazırlayıblar. Son illər olduğu kimi, 2026-cı ildə də qrant müsabiqələrində “Qərbi Azərbaycana qayıdış prosesi” prioritet istiqamətdir. Hazırda daxil olmuş layihələrin ekspertizası aparılır. Xarici ölkələrdə Qərbi Azərbaycan mövzusunda konfransların, beynəlxalq və regional təşkilatlarda yan tədbirlərin təşkili, xarici QHT-lərlə birgə hesabatların hazırlanması və yayılmasına dair təşəbbüslərə üstünlük veriləcək”.
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda Prezident İlham Əliyevin milli toponimlərlə əlaqədar məsələnin üzərində xüsusi dayandığını vurğulayıb: “Bu yaxınlarda XVIII əsrdə yaşamış türkman əsilli müəllif Əbdürrəzaq Növrəsin 1731-ci ildə İrəvan şəhərindəki vəziyyəti təsvir edən "Tarixçeyi-Növrəs" əsəri ilk dəfə Bakıda nəşr edilib. Əsərdə İrəvan əhalisinin Azərbaycan türkləri olması bir daha təsdiq edilir. Toponimlər sırf azərbaycan dilindədir. Bu tarixi əsərdə heç bir erməni toponiminə rast gəlinmir. Bu gün Azərbaycan QHT-ləri də dövlət başçısının çağırışlarına uyğun olaraq, Qərbi Azərbaycan mövzusunda yeni elmi əsərlərin üzə çıxarılmasında, maaarifləndirmə işlərində daha fəal olmalıdır”.
“Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov son 2 ildə Qərbi Azərbaycan istiqaməti üzrə 2 kartoqrafik əsər hazırladıqlarını bildirib: “Bu yaxınlarda azərbaycan və ingilis dillərində buraxdığımız “Zəngəzur dəhlizi” xəritəsinə böyük təlabat hiss edirik. Bu xəritə Ermənistan mediasında da yayıldı. Milli toponimlərimiz bu əsərlərdə mütləq verilir, tarixi həqiqəti inkar etmək olmaz”.
“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev qeyd etdi ki, milli kimliyimizin əsas göstəricilərindən biri azərbaycan dilidir: “AMEA-dakı nitqində Prezident İlham Əliyev ana dilimizin saflığının, təmizliyinin qorunması məsələsini bir daha qaldırdı. Azərbaycan dilində əzəli bir kəlmənin dəyişdirilməsini ya səhv, ya da təxribat kimi dəyərləndirdi, bu istiqamətdə bütün ictimai fəalları, ictimaiyyəti bir nöqtəyə vurmağa çağırdı. Əgər dövlətin ərazi bütövlüyü onun sərhədləri ilə ölçülürsə, milli kimliyin bütövlüyü də ilk növbədə dilin saflığı və işləkliyi ilə müəyyən olunur. Tarix sübut edib ki, bir xalqı məhv etmək üçün onun dilini sıradan çıxarmaq kifayətdir. Dilin məhv olması millətin şüurunda boşluq yaradır, kollektiv yaddaşı silir, tarixi əlaqə zəncirini qırır. Coğrafi sərhədləri ordu qoruyursa, mənəvi sərhədləri dil qoruyur. Azərbaycan dilinin saflığı, işləkliyi və nüfuzu - dövlətin mənəvi müdafiə qalxanıdır. Onu qorumaq isə həm vətəndaş borcu, həm də strateji məsuliyyətdir”.
Mirzə Ələkbər Sabir Fondunun sədri Sevda Tahirli bu il QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə “Sabir gözü ilə: media və reklamlarda Azərbaycan dilinin pozulmasına tənqidi baxış (monitorinq)” layihəsi icra etdiklərini xatırladıb və Qərbi Azərbaycanla bağlı materialların da təhlil olunduğunu vurğulayıb. O, QHT-ləri Azərbaycan ədəbi dilinin qaydalarına ciddi riayət etməyə çağırıb: “Təəssüflər olsun ki, müxtəlif dövrlərdə dövlət qeydiyyatına alınmış bəzi QHT-lərin adlarında orfoqrafik səhvlərə, hətta ifadə, işarə səhvlərinə yol verilib, təşkilatların bir çoxunun adları bir-birinə bənzəyir, onları fərqləndirmək bəzən çətin olur. Yaxşı olardı ki, hər bir QHT öz adına yenidən baxsın, zərurət varsa, müvafiq dəyişikliklərin edilməsi üçün aidiyyəti üzrə Ədliyyə Nazirliyinə müraciət etsin. Bu da ana dilinin qorunmasına özünəməxsus töhfə, həm də yaxşı nümunə olar”.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təmsilçisi Pərvinə Qədimova QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə bu il xaricdə yaşayan azərbaycanlılar üçün internet vasitəsilə ana dili kursları təşkil etdiklərini, Azərbaycan ədəbi dilinin öyrədilməsinə böyük ehtiyac olduğunu bildirib.
"Çapar-Milli İrsin Tədqiqi Mərkəzi" İctimai Birliyinin sədri Dilqəm Əhməd Qərbi Azərbaycan mövzusunu tarixi ədalət, qayıdış hüququ, fundamental insan hüquqları, etnik təmizləmənin ifşası, monoetnik dövlətdə siyasi və hüquqi mübarizə obyekti, regionda sabitliyə töhfə verən konsepsiya kimi ətraflı şərh edib.
Müzakirələrdə Prezident İlham Əliyevin AMEA-dakı nitqindən müvafiq çıxarışlar da səsləndirilib. Bundan irəli gələrək, "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin sədri Pənah Musayev kibertəhlükəsizlik, "Yeni Texnologiyaların İnkişafına Dəstək" İctimai Birliyinin sədri Ceyhun Xəlilov süni intellekt, Davamlı İnkişaf və İnklüzivlik İctimai Birliyinin sədri Sabit Bağırov iqtisadi məsələlər barədə də fikirlərini bölüşüb.
İctimai müzakirələrdə QHT-lər “Qərbi Azərbaycana qayıdış” mövzusunun müxtəlif aspektləri barəsində diskussiyalar aparıb. Bu istiqamətdə müzakirələrin yerlərdə də genişləndirilməsi qərara alınıb.



Baxış sayı: 190
Göyçə aşıq məktəbinin istedadlı davamçısı: Aşıq Rəfiqə Göyçəli Dünən, 20:30 Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər Dünən, 17:30 Ermənistanın konstitusiya riskləri Dünən, 17:00 Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır Dünən, 16:30 “İpək irsimiz – Kəlağayı”: Azərbaycan Kəlağayısı Gününə həsr olunan tədbir Dünən, 16:00 Uzbekistan to welcome Azerbaijan Culture Days once again Dünən, 14:30 Ukraynanın F-16 təyyarələrinin texniki xidmət xərclərini Avropa ölkələri ödəyəcək Dünən, 13:00 Bu gün Azərbaycan Kəlağayısı Günüdür Dünən, 11:00 Pərviz Şahbazov: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq Dünən, 11:00 Kəlbəcərdə sərgilər təşkil olunub Dünən, 10:00 Azərbaycan-Özbəkistan əməkdaşlığında təmiz enerjiyə keçid xüsusi əhəmiyyət daşıyır 25-11-2026, 21:00 Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ 25-11-2026, 18:30 Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations 25-11-2026, 17:30 Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib 25-11-2026, 17:30 Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir 25-11-2026, 13:30 Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub 25-11-2026, 11:30 İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub 25-11-2026, 10:00 Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür 25-11-2026, 09:30 Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub 25-11-2026, 08:30 Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir" 25-11-2026, 08:00 Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır 24-11-2026, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir 24-11-2026, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək 24-11-2026, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” 24-11-2026, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil 24-11-2026, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib 24-11-2026, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib 24-11-2026, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib 24-11-2026, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik 24-11-2026, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM 24-11-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30