ABŞ Qəzzada sabitləşdirmə qüvvələri layihəsini BMT Təhlükəsizlik Şurasına bu gün təqdim edəcək. “Associated Press”-in verdiyi məlumata görə, bu barədə ABŞ rəsmisi açıqlama yayıb. Bildirilir ki, layihə əsasında Prezident Donald Trampın İsrail və HƏMAS arasındakı müharibəni dayandırmaq planının növbəti addımı kimi bu qüvvələrə ən azı iki il müddətinə mandat verilməsi nəzərdə tutulub.
Misir, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri dəstək üçün ABŞ-a qoşulacaqlar.
Layihədə, həmçinin qüvvələrin Qəzza zolağının silahsızlaşdırılması prosesini aparması və qeyri-dövlət silahlı qrupların tərkisilah edilməsini təmin etməsi nəzərdə tutulur.
Təhlükəsizlik Şurasının qapalı iclası hələlik elan olunmayıb. Onun yerli vaxtla axşam saatlarında (Bakı vaxtilə noyabrın 6-sı gecə saatlarında) keçirilməsi gözlənilir.
Baxış sayı: 90
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
