FACT-INFO.AZ » QHT » Tarixi Zəfərimizin 5-ci ildönümünə həsr olunmuş “Zəfər Andı” bədii kompozisiyası təqdim edilib
4-11-2025, 17:30 | QHT
Tarixi Zəfərimizin 5-ci ildönümünə həsr olunmuş “Zəfər Andı” bədii kompozisiyası təqdim edilib

Noyabrın 3-də Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı, “Veysəloğlu” Şirkətlər Qrupunun baş sponsorluğu və Azərbaycan Televiziyasının (AzTV) media tərəfdaşlığı ilə Vətən müharibəsində qazanılmış Zəfərimizin 5-ci ildönümünə həsr olunmuş “Zəfər Andı” adlı ədəbi – bədii gecə keçirilib.

Dövlət Himninin səsləndirilməsi, Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, şəhid ailələri və qazilər, ziyalılar, gənclər təşkilatlarının təmsilçiləri, könüllülər, tələbə gənclər, ictimaiyyət və media nümayəndələri olmaqla 2000-nə yaxın şəxs iştirak edib.

 Tədbirdə Aprel döyüşləri şəhidi, “Murov Qartalı” ləqəbli        polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, şəhid Valeh Bədəlovun anası Südabə Qazıyeva və Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan mayoru, “Böyük Qayıdış” Gənclər Təşkilatının fəxri üzvü Zaur Hüseynov çıxış ediblər.

 Natiqlər öz çıxışlarında bildiriblər ki, Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun şücaəti sayəsində Vətən müharibəsində qazanılmış tarixi Zəfərimizin 5-ci ildönümünü böyük qürur və iftixarla qeyd edir. Vurğulanıb ki, şəhidlərimizin narahat ruhları indi şaddır, torpaqlarımız işğalçılardan tam azad olunub, ərazi bütövlüymüz təmin edilib, bu gün üçrəngli bayrağımız bütün işğaldan azad olunmuş torpaqlarımızda dalğalanır, uzun illər həsrətində olduğumuz doğma torpaqlara Böyük Qayıdışımız başlayıb, Qarabağımız və Şərqi Zəngəzurumuzda həyat yenidən canlanır, geniş bərpa-quruculuq işləri aparılır, bu torpaqların əsl sahibləri qayıdıblar. Həmçinin çıxışlarda qəhrəmanlıq tariximizin gənclər arasında təbliğ edilməsi, gənclərə, yetişməkdə olan gənc nəsilə öz qanları və canları bahasına tarix yazan igid Vətən övladlarının tanıdılması üçün bu kimi tədbirlərin keçirilməsinin xüsusi əhəmiyyəti vurğulanıb.

Tədbir tanınmış incəsənət xadimlərinin və istedadlı gənclərin təqdimatında “Zəfər Andı” bədii kompozisiyası ilə davam edib.

Quruluşçu rejisoru Əməkdar artist Nicat Kazımov, ssenari müəllifi şair, yazıçı, kinodramaturq İlqar Fəhmi olan kompozisiyada Azərbaycan xalqının qəhrəman övladlarının Vətənin azadlığı uğrunda göstərdikləri şücaət və qəhrəmanlıqlar, Vətən Müharibəsi və antiterror əməliyyatlarını əhatə edən vacib hadisələr bədii, musiqili və teatral formada tamaşaçılara təqdim edilib.

Fact-info.az

 

 




Baxış sayı: 160
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30