15 dekabr tarixi UNESCO tərəfindən Dünya Türk Dili Ailəsi Günü elan edib. Fact-info.az xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sosail media hesabında açıqlayıb.
Nazir bildirib ki, Özbəkistanın Səmərqənd şəhərində keçirilən UNESCO-nun 43-cü Baş Konfransında qəbul edilən qərar Türkiyənin qardaş türk dövlətləri ilə birlikdə hazırladığı və 26 ölkənin birgə təqdim etdiyi ortaq təşəbbüsdür.
“Türk dillərinin tanıdılmasını artıran bu tarixi addım ortaq yaddaşımız olan türk dilinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində beynəlxalq əməkdaşlığı daha da gücləndirəcək. Əməyi keçən hər kəsi təbrik edirəm. 15 dekabr -Dünya Türk Dili Ailəsi Günü bütün bəşəriyyətə ərməğan olsun” - deyə Ersoy qeyd edib.
Baxış sayı: 60
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
