FACT-INFO.AZ » QHT » AMEA-nın 80 illik yubileyi çərçivəsində Mərkəzi Elmi Kitabxanada yeni elektron zalın açılışı olub
3-11-2025, 20:00 | QHT
AMEA-nın 80 illik yubileyi çərçivəsində Mərkəzi Elmi Kitabxanada yeni elektron zalın açılışı olub

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində Mərkəzi Elmi Kitabxanada sərgi təşkil olunub.

Bu barədə Fact-info.az-a Akademiyadan məlumat verilib. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, həmçinin xarici elmi qurumların rəhbərləri və nümayəndələri sərgidə Azərbaycan elminin müxtəlif sahələrini əhatə edən fundamental və tətbiqi tədqiqatların nəticələrini özündə əks etdirən kitablar, monoqrafiyalar, elmi jurnallar, eləcə də Akademiya əməkdaşlarının rəsm əsərləri ilə tanış olublar. Ziyarətçilər son illərdə AMEA alimlərinin elmi nailiyyətləri, beynəlxalq əməkdaşlıq layihələri və yeni nəşr layihələri haqqında ətraflı məlumat əldə ediblər.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli sərginin əhəmiyyətini vurğulayıb, elmin cəmiyyətdə təbliği, alimlərin fəaliyyətinin ictimaiyyətə təqdim edilməsi və milli elmi irsin qorunması baxımından bu kimi təşəbbüslərin mühüm önəm daşıdığını bildirib.

Sonra ziyarətçilərə AMEA-nın təsisçilərinin MEK-in foyesində qoyulmuş büstləri qarşısında elm məbədinin qurucuları haqqında məlumat verilib. Qeyd edilib ki, bu büstlər təkcə Akademiyanın tarixi və inkişaf yolunu əks etdirmir, həm də Azərbaycan elminin möhkəm ənənələrini və alimlərin cəmiyyət qarşısında göstərdikləri xidmətləri simvolizə edir.

Daha sonra Mərkəzi Elmi Kitabxanada akademiklər üçün xüsusi nəzərdə tutulmuş müasir elektron zalın açılışı olub. AMEA-nın prezidenti açılış nitqində Akademiyanın 80 illik yubiley yığıncağının iştirakçılarının bu elektron zalın ilk qonaqları olduğunu deyib və bu mərkəzin gələcək fəaliyyəti barədə danışıb.

Yeni elektron zalda Heydər Əliyev Fondu tərəfindən hazırlanan, Azərbaycan neft kimyasının əsasını qoymuş, Akademiyanın ikinci prezidenti Yusif Məmmədəliyevin həyat və fəaliyyətindən bəhs edən “Zamanın zirvəsi” adlı sənədli film nümayiş olunub.




Baxış sayı: 125
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30