FACT-INFO.AZ » XƏBƏR » Zalsburq Azərbaycan Evində “44 günün nəğməsi” adlı konsert keçirilib
29-10-2025, 19:30 | XƏBƏR
Zalsburq Azərbaycan Evində “44 günün nəğməsi” adlı konsert keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Diasporlara Dəstək Fondunun dəstəyi və Avstriya Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı ilə bu gün Zalsburq şəhərində fəaliyyət göstərən Zalsburq Azərbaycan Evində möhtəşəm konsert proqramı təqdim olunub. Fact-info.az xəbər verir ki, Azərbaycan musiqi mədəniyyətinin, milli birliyimizin və Zəfər ruhunun təntənəsinə çevrilən bu tədbir “44 günün nəğməsi” adlanıb.

Tədbirdə çıxış edən Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizov bu günün mahiyyətindən, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin mənəvi və siyasi əhəmiyyətindən, eləcə də tədbirin məqsədindən danışıb.

İştirakçılar Vətən uğrunda mübarizədə canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar.

Sonra qeyd edilib ki, 44 günlük Vətən müharibəsi xalqımızın birliyinin, əzminin və yenilməz ruhunun parlaq təzahürüdür. Bu Zəfər təkcə hərbi Qələbə deyil, həm də milli kimliyimizin, mənəvi iradəmizin təntənəsidir.

Tədbirdə təkcə azərbaycanlı icma üzvləri deyil, Avstriya vətəndaşları, musiqisevərlər və diaspor nümayəndələri də iştirak ediblər.

Avstriya Azərbaycanlıları Cəmiyyətinin nümayəndəsi Həcər Bağcı qonaqlara Qarabağ müharibəsinin gedişi, Azərbaycanın qazandığı tarixi Zəfər və bu Qələbənin xalqımız üçün əhəmiyyəti barədə məlumat verib.

Tədbirin bədii hissəsindən əvvəl tanınmış tarzən, Əməkdar artist Sahib Paşazadə çıxış edərək 44 günlük Zəfər tarixindən, bu musiqi proqramının mənəvi məzmunundan danışıb. O, həmçinin ifa olunacaq əsərlərin yaranma tarixindən və Azərbaycan muğam sənətinin özünəməxsus xüsusiyyətlərindən geniş şəkildə bəhs edib.

Azərbaycanın Əməkdar artisti Kamran Kərimov (nağara) və pianoçu Səbinə Məmmədovanın da yer aldığı musiqi proqramında Azərbaycan və Avropa musiqisi nümunələri səsləndirilib.

Tanınmış bəstəkar Volfqanq Amadey Motsartın “Rondo” əsərinin tarda ifası isə zalda xüsusi rəğbət və uzunmüddətli alqışlarla qarşılanıb.

Sonda iştirakçılar üçün Azərbaycan mətbəxinə məxsus təamlarla zəngin furşet masası təşkil olunub.

Bu tədbir bir daha göstərir ki, Azərbaycan mədəniyyəti, musiqisi və ruhu Avropanın mərkəzində – Zalsburqda da böyük maraqla qarşılanır, xalqlar arasında dostluq, mədəni əməkdaşlıq və qarşılıqlı hörmətin inkişafına xidmət edir.




Baxış sayı: 140
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30