FACT-INFO.AZ » QHT » Minatəmizləmə fəaliyyətində qiymətləndirmənin aparılma qaydası təsdiq edilib
28-10-2025, 20:00 | QHT
Minatəmizləmə fəaliyyətində qiymətləndirmənin aparılma qaydası təsdiq edilib

"Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılması Qaydası" təsdiq edilib.

Fact-info.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Sənədə əsasən, bu Qayda minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin (bundan sonra - qiymətləndirmə) aparılması qaydasını müəyyən edir.

Qiymətləndirmənin məqsədi Azərbaycan Respublikasının ərazisində minatəmizləmə fəaliyyətinə cəlb olunan dövlət orqanlarının (qurumlarının), hüquqi və fiziki şəxslərin (bundan sonra - dövlət orqanları və şəxslər) Qanuna, minatəmizləmə fəaliyyətinə dair tələblərə, standart əməliyyat prosedurlarına (bundan sonra - SƏP) və mina əleyhinə beynəlxalq standartlara uyğun olaraq minatəmizləmə fəaliyyətini planlaşdırmaq, idarə etmək və həyata keçirmək imkanlarına malik olduğunu müəyyən etməkdir.

Dövlət orqanları və şəxslərin qiymətləndirilməsi Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (bundan sonra - Agentlik) tərəfindən həyata keçirilir.

Bu Qaydada istifadə olunan anlayışlar Qanunla və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edir.

Qiymətləndirmə dövlət orqanları və şəxslərin rəsmi müraciətləri əsasında aparılır.

Müraciət Agentlik tərəfindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır.

Qiymətləndirmə Agentlik tərəfindən iki istiqamətdə aparılır:

  • əməliyyat uyğunluğunun qiymətləndirilməsi;
  • idarəetmə uyğunluğunun qiymətləndirilməsi (hüquqi və fiziki şəxslərə münasibətdə).

2.4. Əməliyyat uyğunluğunun qiymətləndirilməsinin məqsədi dövlət orqanları və şəxslərin minatəmizləmə fəaliyyətini yerinə yetirmək üçün əməliyyat resurslarına, səriştə və idarəetmə bacarıqlarına malik olmasını müəyyən etməkdir.

Əməliyyat uyğunluğunun qiymətləndirilməsi üçün dövlət orqanları və şəxslər tərəfindən Agentliyə aşağıdakı sənədlər və məlumatlar təqdim edilməlidir:

  • minatəmizləyənlər, onlara dəstək göstərən heyət və tibb işçilərindən ibarət əməliyyat bölmələrinin təşkilati strukturu barədə sənədlər;
  • dövlət orqanlarına və şəxslərə müqavilə əsasında minatəmizləmə fəaliyyəti üzrə xidmət göstərən şəxslər haqqında məlumat;
  • işçilərin vəzifə təlimatlarının və minatəmizləmə fəaliyyəti üzrə keçdikləri təlimlərin sertifikatlarının surətləri, həmçinin ilkin tibbi yardımın hazırlığına və əməliyyatlara rəhbərlik edəcək heyətin tərcümeyi-halları;
  • işçilərin təliminə və bacarıqlarının inkişaf etdirilməsinə aid proqramlar;
  • tibb mütəxəssislərinin "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnamələri;
  • SƏP-ə uyğun olaraq minatəmizləmə fəaliyyəti zamanı təhlükəsizliyin, əməyin mühafizəsinin və işçi heyətin sağlamlığının qorunmasının təmin edilməsi prosedurlarına dair sənədlər;
  • minatəmizləmə fəaliyyəti üzrə daxili əməliyyat prosedurlarının müəyyən edildiyini əks etdirən sənəd;
  • minatəmizləmə fəaliyyətində istifadə olunması nəzərdə tutulan fərdi mühafizə vasitələrinin, mexaniki minatəmizləmə maşınlarının, xüsusi təyinatlı digər texnikaların, axtarış cihazlarının (metal detektor, maqnetik lokator, dərin axtarış cihazları və s.), habelə digər minatəmizləmə vasitə, alət və avadanlıqlarının SƏP-də müəyyən edilmiş texniki göstəricilərə uyğunluğunu təsdiq edən sənədlər;
  • minatəmizləmədə fəaliyyətində istifadə olunması nəzərdə tutulan heyvanların və onların bələdçilərinin SƏP-in tələblərinə uyğunluğunu təsdiq edən sənədlər;
  • qüvvə və vasitələrin sayına uyğun növ və sayda nəqliyyat vasitələrinin, o cümlədən zəruri tibbi vasitələrlə və avadanlıqla təchiz olunmuş təcili tibbi yardım avtomobillərinin olması haqqında məlumat.

Minatəmizləmə fəaliyyətinə cəlb olunan fiziki və hüquqi şəxslərin idarəetmə uyğunluğunun qiymətləndirilməsinin məqsədi onların idarəetmə, təşkilati və maliyyəiqtisadi resurslara malik olmasını müəyyən etməkdir.

İdarəetmə uyğunluğunun qiymətləndirilməsi üçün fiziki və hüquqi şəxslər tərəfindən Agentliyə aşağıdakılar haqqında sənədlər və məlumatlar təqdim edilməlidir:

  • hüquqi şəxslərin və xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına, habelə fiziki şəxslərin vergi uçotuna alınması;
  • maliyyə vəziyyəti və maddi-texniki təchizat imkanları;
  • minatəmizləmə fəaliyyəti ilə əlaqədar əvvəl bağlanılmış müqavilə (müqavilələr) üzrə öhdəliklərin icra vəziyyəti;
  • işçilərin icbari tibbi sığorta təminatı, fərdi qəza sığortası;
  • idarəetmə sistemləri (o cümlədən risklərin, əməliyyatların, məlumatların, təhlükəsizliyin və keyfiyyətin idarəetmə sistemləri) və onların tətbiqi imkanları.

Qiymətləndirməyə dair dövlət orqanları və şəxslərin müraciətlərinə Agentlik tərəfindən Qanunun 5.3-cü və 5.6-cı maddələrində nəzərdə tutulmuş müddətlərdə baxılır.

Agentlik dövlət orqanları və şəxslər tərəfindən aidiyyəti üzrə təqdim edilmiş bu Qaydanın 2.5-ci və 2.7-ci bəndlərində göstərilən sənədlərdə uyğunsuzluq və çatışmazlıqlar müəyyən etdikdə, Qanunla müəyyən edilmiş müddətlərdə müraciət edənə bu barədə sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada məlumat göndərir. Məlumatda sənədlərdəki uyğunsuzluq və çatışmazlıqlar dəqiq göstərilir. Həmin uyğunsuzluq və çatışmazlıqlar Qanunla müəyyən edilmiş müddətlərdə aradan qaldırılmalıdır. Bu zaman Qanunun 5.3-cü və 5.6-cı maddələrində nəzərdə tutulmuş müddətlərin axımı dayandırılır, uyğunsuzluq və çatışmazlıqların aradan qaldırılması barədə məlumat daxil olduqdan sonra həmin müddətlərin axımı bərpa olunur.

Agentlik tərəfindən dövlət orqanları və şəxslərin qiymətləndirilməsi zamanı uyğunsuzluq və çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş uyğunsuzluq və çatışmazlıqlar Qanunla müəyyən edilmiş müddətlərdə aradan qaldırıldıqda onların minatəmizləmə fəaliyyətini həyata keçirməyə uyğun olması barədə, uyğunsuzluq və çatışmazlıqlar aşkar edildikdə və Qanunla müəyyən edilmiş müddətlərdə aradan qaldırılmadıqda isə səbəbləri göstərilməklə onların minatəmizləmə fəaliyyətini həyata keçirməyə uyğun olmaması barədə qərar qəbul edilir.

Qiymətləndirmənin nəticəsi barədə müraciət edənə sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada məlumat göndərilir.

Agentliyin dövlət orqanının və ya şəxsin minatəmizləmə fəaliyyətini həyata keçirməyə uyğun olmaması barədə qərarı həmin dövlət orqanının və şəxsin qiymətləndirmə üçün yenidən müraciət etməsinə mane olmur.

Dövlət orqanları və şəxslər qiymətləndirmənin nəticəsinə dair qərardan və qiymətləndirmə prosesində Agentliyin hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət etmək hüququna malikdirlər.




Baxış sayı: 175
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30