25-26 oktyabr 2025-ci il tarixində Vyetnamın paytaxtı Hanoy şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) “Kibercinayətkarlığa qarşı” Konvensiyasının dövlətlər tərəfindən təntənəli imzalanma mərasimi keçirilib. Fact-info.az xəbər verir ki, tədbirdə BMT-nin Baş katibi Antonio Quterreş, Vyetnamın Prezidenti Lıonq Kıonq, ayrı-ayrı dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri, beynəlxalq təşkilatların təmsilçiləri və ekspertlər iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Konvensiyanı Azərbaycan Respublikası adından Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev imzalayıb.
Azərbaycanın Konvensiyanı ilk imzalamış ölkələrdən biri olması Ali Baş Komandanın rəhbərliyi ilə Respublikamızın kibercinayətkarlıqla mübarizə sahəsində beynəlxalq əməkdaşlığa və qlobal kibermühitin təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfənin göstəricisidir.
Beynəlxalq sənəddə kibercinayətkarlıqla mübarizədə dövlətlər arasında hüquqi əməkdaşlığın təmin edilməsi, informasiya-kommunikasiya texnologiyalarından sui-istifadənin qarşısının alınması, elektron sübutların toplanması və təqdim edilməsi mexanizmlərinin beynəlxalq səviyyədə tənzimlənməsi əsas məqsədlər kimi qeyd olunub.
Konvensiya 2025-ci ilin 25-26 oktyabr tarixlərində ümumilikdə 72 ölkə tərəfindən imzalanıb.
Baxış sayı: 135
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
