FACT-INFO.AZ » XƏBƏR » Azərbaycan sülh gündəliyini ardıcıl formada təşviq edir
25-10-2025, 17:30 | XƏBƏR / TƏDQİQATLAR-ANALITIKA
Azərbaycan sülh gündəliyini ardıcıl formada təşviq edir

Cənubi Qafqaz regionunda davamlı beynəlxalq sülhün və təhlükəsizlik rejiminin bərqərar olunması əhəmiyyətli dərəcədə post-münaqişə dövründə Azərbaycanın irəli sürdüyü sülh gündəliyinin həyata keçirilməsi ilə bağlıdır. Bu ilin avqust ayının 8-də Vaşinqtonda fövqəladə əhəmiyyətli sənədlərin imzalanması bütöv bir bölgənin inkişafı üçün tarixi şans yaratmışdır.

Xatırlatmaq istərdim ki, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin görüşünün nəticələrinə dair Birgə Bəyannamənin 3-cü bəndində ikitərəfli və beynəlxalq təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyəti təsdiq edilmışdır. Əlavə olaraq,  "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in iki ölkənin xarici işlər nazirləri tərəfindən paraflanan mətninin X-cu maddəsində tərəflərin  iqtisadiyyat, tranzit və nəqliyyat sahələrində əməkdaşlığın təsis edilməsi üçün ayrıca razılaşmaların bağlanması məsələsi əksini tapmışdır. Azərbaycanın beynəlxalq hüquqa və beynəlxalq ədalətə söykənən səyləri, eyni zamanda, konkret xoşməramlı addımalrla müşahidə olunur. Azərbaycan Respublikasının Prezidenti cari ilin oktyabr ayının 21-də Qazaxıstana dövlət səfəri çərçivəsində verdidyi bəyanatda qeyd etmişdir ki, Ermənistana işğal dövründən mövcud olan yüklərin tranziti məhdudiyyətləri aradan qaldırılmışdır. İlk tranzitin Qazaxıstanın Ermənistana taxıl yükü olması rəmzi məna daşıyır və Azərbaycan ilə Ermənistan arasında sülhün yalnız kağız üzərində deyil, eyni zamanda dövlətlərarası praktikada mövcudluğunun göstəricisidir. 

Sülhün və əmin-amanlıqın bərqərar olunmasını təşviq edən addımların həmçinin Ermənistan tərəfindən atılması əhəmiyyətli xarakter daşıyır. Məsələ burasındadır ki, paraflanan sülh sazişinin yekun imzalanması və ratifikasiyası üçün ən ciddi maneə Ermənistanın Konstitusiyasında yer alan Azərbaycana qarşı ərazi iddialarıdır. Əgər zamanın tələblərindən irəli gələn konstitusiyon dəyişikliklər baş verərsə, sülh müqaviləsinin hüquqi reallığa çevrilməsi üçün ən ciddi maneə aradan qaldırılmış olar. Azərbaycan Respublikası Prezidentinin dediyi kimi, Ermənistan "konstitusiyasının dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə obyektiv şərtdir".  

Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü  




Baxış sayı: 60
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30