FACT-INFO.AZ » XƏBƏR » Zelenski: Aİ Ukraynaya 2027-ci ilə qədər maliyyə yardımını təsdiqlədi
24-10-2025, 14:00 | XƏBƏR
Zelenski: Aİ Ukraynaya 2027-ci ilə qədər maliyyə yardımını təsdiqlədi

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Avropa İttifaqı Ukraynaya 2027-ci ildə də maliyyə yardımı göstərmək öhdəliyini götürüb və Rusiya aktivlərini Ukraynanın xeyrinə istifadə etmək üçün siyasi iradəsini nümayiş etdirib.

Fact-info.az xəbər verir ki, Ukrayna lideri öz sosial şəbəkə hesabında yazıb ki, sammitin ən vacib nailiyyətlərindən biri Aİ-yə üzv ölkələrin Ukraynaya maliyyə yardımının təkcə gələn il deyil, həm də 2027-ci ildə saxlanılması barədə yekdil qərarı olub.

Zelenskinin məlumatına görə, Rusiya aktivlərinin istifadəsi ilə bağlı da mühüm irəliləyiş var. Prezident bildirib ki, bu vəsaitlərin Ukraynanın Rusiya təcavüzündən qorunması üçün maksimum istifadəsinə dair siyasi dəstək mövcuddur və hazırda Avropa Komissiyası bu qərarın reallaşdırılması üçün bütün zəruri texniki və hüquqi detalları hazırlamalıdır.

Zelenski həmçinin, Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi baxımından da müsbət irəliləyiş əldə edildiyini qeyd edib. O, tərəfdaşların Ukrayna komandaları ilə dərhal əməkdaşlığa başlamağa hazır olduqlarına dair müsbət siqnalların olduğunu vurğulayıb. Bundan əlavə, zədələnmiş obyektlərin bərpası və zəruri resurslarla təminat sahələrində Ukraynanın enerji sektoruna dəstək üzrə tərəfdaş ölkələrlə əhəmiyyətli işlərin davam etdiyini bildirib.

Prezidentin sözlərinə görə, sammitin mühüm nəticəsi Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin yekun təsdiqi olub. Zelenski digər Avropa ölkələrini, o cümlədən Böyük Britaniya, Norveç və İsveçrəni də (sanksiyalara) qoşulmağa çağırıb.

"Əlbəttə ki, biz artıq Avropa İttifaqı ilə birlikdə növbəti sanksiyalar paketi üzərində işə başlayırıq - Rusiya müharibə nəticəsində əldə etdiyi real itkiləri hiss etməlidir. Rusiya neft şirkətlərinə qarşı Amerika sanksiyaları da çox effektivdir - Avropada hər kəsin Rusiya tədarüklərinin məhdudlaşdırılması siyasətini dəstəkləməsi vacibdir," - deyə Volodimir Zelenski yekunlaşdırıb.




Baxış sayı: 60
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30