Dekabrın 16-da Finlandiyada Şərqi Avropa ölkələrinin müdafiə sahəsində əməkdaşlıqlarının müzakirə olunacağı yüksəksəviyyəli sammit keçiriləcək.
Fact-info.az xəbər verir ki, “Yle” portalının məlumatına görə, Finlandiyanın Baş naziri Petteri Orpo bu barədə Avropa İttifaqının Brüsseldə keçirilən sammitindən sonra deyib. Onun sözlərinə görə, Finlandiyada keçiriləcək görüşdə Baltikyanı ölkələr, Polşa, Rumıniya və Bolqarıstan təmsil olunacaq.
“Görüşdə ittifaqın şərq sərhədində yerləşən ölkələrin müdafiəsinin gücləndirilməsi üçün konkret əməkdaşlıq mexanizmlərinin formalaşdırılması, həmçinin Avropanın növbəti çoxillik maliyyə proqramı çərçivəsində bu ölkələr üçün maliyyələşmənin hansı yolla təmin ediləcəyi məsələləri müzakirə olunacaq”, – deyə o bildirib.
Baxış sayı: 120
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
